Bu gün:

Cənubi Koreya sərhədi üzərində zibillə dolu şarlar üzür


Cənubi Koreya ordusu bildirib ki, Şimali Koreya möhkəmləndirilmiş cənub sərhədindən zibil daşıyan daha çox şar göndərir.

Bu, Şimali Koreyanın cənubdan göndərilən təbliğat vərəqələrinə cavab olaraq sərhədə zibil daşıyan ən azı 200 şar göndərməsindən bir neçə gün sonra baş verib.

Cənubi Koreyanın müdafiə naziri Shin Von-sik bunu "ağlasığmaz dərəcədə xırda və aşağı səviyyəli davranış" adlandırıb, hərbçilər isə əlavə edib ki, hava şarları ilə sərhəddən keçən çantaların içindəkiləri araşdırır.

Şimali Koreya hava şarlarının son partiyası ilə bağlı hələlik şərh verməyib, lakin cümə axşamı müdafiə nazirinin müavini Kim Kanq İl tullantı kağızların və çirkabın sərhəddən göndəriləcəyi barədə xəbərdarlıq edib ki, Cənub onları çıxarmaq üçün nə qədər səy göstərdiyini qiymətləndirsin.


Mənbə: BBC

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et