Bu gün:

Uşaqlarımızı düzgün qidalandırmaq üçün nə etməliyik?


24Media.az saytının 1 sual 1 cavab rubrikasının budəfəki qonağı dietoloq Ləman Süleymanovadır. O, Uşaqlarımızı düzgün qidalandırmaq üçün nə etməliyik?sualını cavablandırıb.

Statistik göstəricilərə əsasən, 2020-ci ildən etibarən uşaq və yeniyetmələrdə piylənmədən əziyyət çəkənlərin sayında 30% artım müşahidə olunur. Bu kifayət qədər ciddi göstəricidir və hər il artmaqdadır. Təbii ki bir mütəxəssis kimi əlaqələndirirəm ki, bunun səbəbi müxtəlif amillərdir. İlk olaraq pandemiyanı səbəb olaraq göstərə bilərik. Bu dövr insanlarda stresə, kəskin piylənməyə səbəb oldu. 

Ümumiyyətlə, uşaq ana bətnində olarkən belə ana düzgün qidalanmalıdır, çünki bütün qidalar uşağa birbaşa təsir edir. İlk olaraq ana düzgün qidalanmalıdır ki, dünyaya gələcək uşaq sağlam olsun, ana uşağını südlə bəsləyə bilsin. Ana südü çox vacib bir qidadır, uşağın dil və zehni qabiliyyətinə təsir edir. Ana südünün tərkibindəki maddələr uşağın gələcək həyatına böyük təsir göstərə bilər, amma çox təəssüf olsun ki, bəzən ana hamiləlik dövründə düzgün qidalanmır, müxtəlif qazlı içkilər qəbul edir, yuxu rejimi problemi olur, stress yaşayır, müxtəlif hormonal dərmanlar qəbul edir və ya tez-tez lazımsız şəkildə qidalanır, bu da uşağın sağlamlığına maneə yaradır. 

10-15 il əvvəl uşaqlar daha sağlam qidalanır, sağlam həyat sürürdülər. Bunun bir çox səbəbləri var: Genetik modelkasiya olmuş qidalar, iqlimdə olan proseslər və s. Amma bu təhlükədən xilas olmaq üçün, ilk növbədə, sağlam qidalanmaq lazımdır. Hər bir körpədə xüsusi dad bilmə qabiliyyəti vardır ki, uşaq hansı qidaya meyilli olsa, o qidaya artıq gələcək həyatında da meyilli olacaq. Ona görə də valideynlər uşağın tərbiyəsi ilə yanaşı onun qida tərbiyəsi ilə də məşğul olmalıdırlar. Uşağın 18 yaşına qədər valideyn onun məsuliyyətini daşıyır, çünki onu gələcək həyata hazırlayır. Uşaqlar faydasız, ziyanlı qidalarla bəslənərsə, onlarda erkən yaşlarda piylənməyə, hormonların sürət mexanizminə, boy artımının zəifləməsinə təsir göstərir və çəki artımı baş verir. Əsasən, uşaqların yeniyetməlik yaşlarında çəki artırmasının səbəbi valideyndən asılıdır. Bəzən elə olur ki, uşaqları bir gündə 1-dən çox müəllim yanına yönəldirlər. Məsələn, bu yaxınlarda bir valideyn müraciət edib ki, uşağının çəkisi 95 kiloqramdır, 13 yaşı var və səhər tezdən axşam saat 9-a kimi müəllim yanında olur. Uşaqları gün ərzində bu qədər müəllim yanına göndərməyə ehtiyac yoxdur. Onsuzda onların beyini yorulacaq və tam şəkildə qavramayacaq. Eyni zamanda, bu uşaqlar düzgün qidalanmalıdır. Onların ən vacib olan; Səhər, günorta, axşam yeməklərini qəbul etmək üçün onlara vaxt lazımdır. 

Mən bəzən müşahidə edirəm ki, valideynlər kafedə, restoranda oturarkən özləri yedikləri qədər uşaqlarını da yedizdirirlər. Əziz valideynlər, sizin uşaqlarınızla aranızda bir qədər fərq var. Onların daxili orqanlarının ölçüləri fərqlidir. Onlar sizin yedikləriniz qədər qida qəbul edə bilməzlər. Uşaqların öz menyusu, qab ölçüsü, yemək saatı olmalıdır. Bunların hər birinə diqqət olunmalıdır və bunun üçün valideyn böyük bir məsuliyyət daşıyır.

Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et