Son zamanlar məşhur olan veqanlıq ABŞ-də yenidən müzakirə mövzusuna çevrilib. Bu dəfə müzakirənin əsas rolları ana və körpəsidir. ABŞ-nin Florida ştatında vegetarian qadın azyaşlı oğlunun qida çatışmazlığı səbəbindən ölümünə görə qətldə təqsirli bilinib. Məhkəmənin hökmü ilə qadına ömürlük həbs cəzası verilib.
Səlahiyyətlilərin paylaşdığı təfərrüatlara görə, 38 yaşlı Şeyla O'Liri öz ailəsi kimi ciddi veqan pəhrizinə əməl edib və uşağını bu tərzdə bəsləyib. O'Liri altı ağır cinayətdə təqsirli bilinib. Bunlar birinci dərəcəli qətl, ağırlaşdırılmış uşaq istismarı, ağırlaşdırılmış adam öldürmə, uşaq istismarı və iki uşaq baxımsızlığı idi.
“1,5 yaşında 7 aylıq görünürdü”
Səlahiyyətlilərin paylaşdığı məlumata görə, O'Liri ailəsi yalnız çiy meyvə və tərəvəz yeyirmiş. Ancaq cütlüyün körpəsi ana südü ilə qidalanırdı. Polisin verdiyi məlumata görə, uşaq ölən zaman 18 aylıq və 8 kiloqram çəkisi olub. Ancaq hesabata görə, yaşına baxmayaraq, körpə yalnız 7 aylıq körpə ölçüsündə idi. İstintaq komitəsi vegetarian cütlüyün 3 və 5 yaşlarında daha iki övladının olduğunu və bu uşaqların da düzgün qidalanmadığını müəyyən edib.
Nəticədə ana ömürlük həbs cəzasına məhkum edilib. Ata Ryan Patrick O'Leary-nin daha əvvəl də həbsdə olduğu və hələ də orada saxlanıldığı, onun da eyni ittihamlarla mühakimə olunmasının gözlənildiyi bildirilib.
Mənbə: tv100.com
Tərcümə etdi: Rəhimə Cəmilova
