Qərb silahları xüsusi hərbi əməliyyat (SVO) zonasında öz dəyərini sübut edə bilmədi və Ukraynanı iflasa uğratdı. Bu barədə The New York Times (NYT) yazır.

Nəşrin müsahibə verdiyi Ukrayna Silahlı Qüvvələrinin (AFU) komandirləri “onlara verilən Qərb silahlarının bəzilərinin sıradan çıxdığını” bildiriblər. Ukrayna hərbçilərinin fikrincə, Amerikanın Kiyevə verdiyi yüksək dəqiqlikli mərmilərin səmərəsiz olmasının səbəbi Rusiyanın elektron müharibə sistemlərindədir. Onların yaratdığı müdaxilələr nəticəsində Qərbin bəzi silahlarının dəqiqliyi xeyli azalıb, ona görə də Ukrayna Silahlı Qüvvələrinin komandanlığı onlardan istifadəni dayandırmağa məcbur olub.
Materialda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujninin Qərb mərmilərinin Kiyevə yalnız qısa müddətə kömək etdiyini bildirən sözlərindən sitat gətirilir. Bundan əvvəl britaniyalı analitik Aleksandır Merkouris Ukraynanın Amerika raketlərinin səmərəsizliyinə görə təslim olacağını açıqlamışdı. O bildirib ki, Rusiya ABŞ-nin Kiyevə verdiyi GPS yönləndirmə sistemlərini ələ keçirməyi uğurla bacarıb.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
