Bu gün:

Notr Damın açılış tarixi açıqlandı


Yanğından sonra bərpa edilən Notr-Dam kilsəsi dekabrın 8-də ziyarətçilərin üzünə açılacaq. Bunu Fransa prezidenti Emmanuel Makron Berlində Almaniya Konstitusiyasının 75 illiyi şərəfinə keçirilən tədbirdə deyib.

Makron əvvəlcə tamaşaçıları iyulun 26-da Parisdə başlayacaq Olimpiya Oyunlarına dəvət edib, daha sonra Fransa paytaxtının ən mühüm turistik yerlərindən birinin təmirinin nə vaxt başa çatacağını açıqlayıb. Mayın 25-də bərpa edilmiş xaç Notr Damın damına qaytarıldı. Yavaş-yavaş, iskele kafedraldan çıxarılmağa başlayır.

15 aprel 2019-cu ildə kilsənin binasında yanğın baş verdi. Bütün dayaq strukturu yandı və qüllə çökdü. Alov damın səkkiz yüz illik palıd tirlərindən düzəldilmiş taxta çərçivəsini sıradan çıxarıb. Bununla birlikdə Notr Damın quruluşu və kafedralda saxlanılan əsas qalıqlar xilas edilib.

2023-cü ildə Fransa rəsmiləri Notr-Damın 2024-cü ilin sonuna kimi ziyarətçilərin üzünə açılacağını iddia edirdilər, ona görə də bu vəd gerçəkləşməyə yaxındır.

Məbədin bərpası üçün bir milyard avro toplanıb. Binanın təmiri üçün tələb olunan vaxt qiymətləndirilərkən ən qısa müddət beş il olmuşdur; bəzi ekspertlər işin ən azı on il çəkəcəyinə inanırdılar.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş