Bu gün:

Rostov qapıçı Pesyakovun komandadan ayrıldığını açıqlayıb


"Rostov" futbol klubu qapıçısı Sergey Pesyakovun komandadan ayrıldığını açıqlayıb. Bu barədə komandanın Telegram kanalında məlumat verilib.

35 yaşlı qolkiper hazırkı müqaviləsini yeniləməmək qərarına gəlib. "Rostov futbol klubu Sergeyə gələcək karyerasında uğurlar arzulayır!" - mesajda deyilir.

Pesyakov 2017-ci ildən "Rostov"da çıxış edir. O, yeddi mövsüm ərzində 182 oyun keçirib, 50-si qol buraxmadan başa çatıb. Əvvəllər “Tekstilşçik”, “Şinnik”, “Spartak”, “Tom”“Anji”ni də təmsil edirdi.

“Rostov” Rusiya Premyer Liqasının (RPL) 2023/2024 mövsümünü yeddinci yerdə başa vurub. Valeri Karpinin rəhbərlik etdiyi komanda 30 görüşdə 43 xal toplayıb.

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et