Fukuşima partlayışından qalan radiasiya hələ də həşəratları zəhərləyir.
2011-ci ildə Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında baş verən fəlakət böyük miqdarda radiasiyanın yayılmasına səbəb oldu, bunun böyük hissəsi də dənizə öz təsirini göstərdi. İnsanlar təhlükəsiz ərazilərə təxliyə edildi və beləliklə, radiasiyaya az məruz qaldılar. Bununla belə, bölgədəki təbii həyat çirklənmiş qida mənbələri səbəbindən həm xarici, həm də daxili mühitdə radiasiyaya məruz qalmışdır.
Fukuşima Daiiçi Atom Elektrik Stansiyasının yaxınlığında toplanmış hətta yüngül ləkələnmiş yarpaqlarla qidalanan kəpənək sürfələri, təmiz yarpaqlarla qidalanan kəpənəklərə nisbətən daha çox fiziki anormallıqlardan və ya daha az sağ qalma qabiliyyətindən əziyyət çəkirlər. Araşdırmalar göstərib ki, Fukusima bölgəsindəki ətraf mühit, xüsusilə də təhlükəsizlik baxımından insanların girə bilmədiyi ərazilər bir müddət təbii həyat üçün təhlükəli olmağa davam edəcək. Çirklənmiş yarpaqları yeyərək sağ qalan böcəklər çox güman ki, Fukuşima bölgəsində illərlə qalacaq.
Mənbə: Evrimagacıofficial
Tərcümə etdi: Günay Məmmədova
