Bu gün:

Makiyaj dəriyə zərər verirmi?


Makiyaj etmək demək olar ki, bütün qadınların imtina edə bilməyəcəyi bir şeydir. Qadınların gözəl görünmək üçün istifadə etdiyi makiyaj vasitələrinin çoxunda onların sağlamlığını ciddi şəkildə təhdid edən kimyəvi maddələr var.

Kimyəvi olmayan makiyaj materialları dəridə uzun müddət qaldıqda ətraf mühitin təsiri və çirkli hava tərlə dərinin alt qatına keçərək sızanaq, çox ciddi dəri infeksiyaları və hətta dəri xərçənginə səbəb olur. Xüsusilə tonal kremlər və konsilerlər dərinin hava ilə təmasını tamamilə kəsdiyi üçün dərini havasız qoyur. Təbii mühitindən çıxarılan dəri havasız qaldığı üçün digərlərindən çox daha tez qocalır. 

Təəssüf ki, gənc qızlar yetkinlik dövründə yaranan sızanaqları örtmək üçün tonal krem, gizlədici pudra kimi ən zərərli makiyaj materiallarından çox istifadə edirlər. Onların çoxu makiyajı silməyi belə bilmədiyi üçün səhər oyanıb üzünü yuyana qədər makiyajları dərilərində qalır. Şüursuzca tətbiq etdikləri makiyaj 30 kimi çox gənc yaşlarında belə, 45 yaşlı qadın kimi görünmələrinə səbəb olacaq. Valideynlərin övladlarını bu mövzuda maarifləndirmələri çox vacibdir. 

Təəssüf ki, bir çox qadınlar baxımlı olmağı makiyajla səhv salırlar. Baxımlı olmaq təmiz və nizamlı geyinmək və zamanın, çirkli havanın, ətraf mühitin dəriyə təsirini minimuma endirmək üçün tətbiq olunan dərini lazımi vitaminlərlə təmin edən maskalardan istifadə etmək deməkdir.  

Xüsusilə işləyən xanımlar gördükləri iş səbəbindən hər gün makiyaj etmək məcburiyyətindədirlər. Hər gün makiyaj etmək məcburiyyətində qalan qadınların makiyajın dərilərinə verdiyi zərərləri minimuma endirmək üçün tətbiq edəcəyi bir neçə üsul var. 

Makiyajın dəriyə zərərləri 

Yağlı görünüş 

Üzdə qalın yağlı təbəqə təzə dəriyə sahib olduğunuz anlamına gəlmir. Üzdə sürüşkən və yağlı təbəqə yaradan yağ əsaslı tonal kremlər qırışların əsas səbəbidir.

Quruluq 

Bəzi hallarda tonal kremlər dərinin qurumasına və mat rəngdə görünməsinə səbəb ola bilər. Həmçinin dəridə infeksiyaya səbəb ola biləcək çatlar da makiyajın zərərləri arasındadır. Quruluq dəridə qaşınmaya səbəb olur. Belə təsirlərin qarşısını almaq üçün makiyajdan təxminən beş dəqiqə əvvəl üzə nəmləndirici krem çəkmək lazımdır. 

Makiyajın dəriyə verdiyi zərərin qarşısını almaq üçün edilməli olanlar:

• Hər gün mütləq üzə istirahət vermək  

• Makiyajın altına nəmləndirici krem çəkmək 

• Həmişə təbii kosmetik məhsulları seçmək

• Heç bir halda istifadə edilən makiyaj məhsullarının keyfiyyətindən güzəştə getməmək 

• Dərinin vəziyyətindən asılı olaraq hər 1 həftə və ya 10 gündən bir rahatlaşdırıcı qulluq maskası tətbiq etmək 

• Makiyajı silmədən heç vaxt yatmağa getməmək

Mənbə: Diyalog Gazetesi

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et