Bu gün:

Rəisi son mənzilə yola salınır


Təyyarə qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi üçün təşkil olunan 3 günlük yas mərasimi bu gün sona yetir.

Şərqi Azərbaycan bölgəsində meydana gələn qəzada mərhum prezidentlə yanaşı, yüksək vəzifəli heyətdən həyatını itirənlər üçün vida mərasimi Təbriz, Qum, Tehrandan sonra bu gün Məşəddə başa çatır.

Rəisinin dəfn ediləcəyi İmam Rza türbəsi Iranın ən müqəddəs İslam məkanı olaraq qəbul olunur.

Qızıl qübbəli İmam Rza türbəsi və əhatəsində izdiham müşahidə olundu. Rəisi ölkədə türbəyə dəfn olunan ilk prezident olacaq və bu da böyük bir şərəf simvolunu ifadə edir.

Qeyd edək ki Rəisinin yerinə müvəqqəti olaraq köməkçisi Məhəmməd Müxbir təyin olunub. Prezident seçkiləri 28 İyunda keçiriləcək. 

Mənbə: sondakika.com 

Tərcümə etdi: Məcid Əmirov

Paylaş
Şərh əlavə et