Bu gün:

Dünya Tısbağa Günü 23 may


Mayın 23-də bir çox ölkələr Ümumdünya Tısbağa Gününü qeyd edirlər. 2000-ci ildə Amerika Tısbağaları Xilasetmə Cəmiyyətinin təşəbbüsü ilə başladı. Bu təşkilat 1990-cı ildə Kaliforniyanın Malibu şəhərində həvəskarlar tərəfindən ərazidə yaşayan bütün tısbağa növlərini qorumaq üçün yaradılmışdır. Lakin getdikcə onların fəaliyyət dairəsi genişləndi və beynəlxalq miqyas aldı.

Tısbağalar ən qədim canlı heyvan növü hesab olunur. Onlar 200 milyon ildən çox əvvəl ortaya çıxdı. Lakin bu gün onların bir çoxu təbii yaşayış yerlərinin geniş şəkildə dağıdılması, həddindən artıq ovlanması və ət və qabıqlarının qanunsuz ticarəti səbəbindən məhv olmaq ərəfəsindədir.

Mənbə: aif.ru

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et