Bu gün:

Hansı rəngli geyimlər insanı kilolu göstərmir?


Artıq çəki heç bir insanın, xüsusəndə qadınların sahib olmaq istəmədikləri bir xüsusiyyətdir, ona görə də qadınların ağlına gələn sual budur ki, hansı rəngli paltarlar onları artıq çəkili göstərmir? İncə və fit görünmək hər bir insanın arzusudur, lakin təəssüf ki, bu mümkün deyil. Bu zaman insanlar daha incə və zərif görünməyin yolunu paltarlar vasitəsilə tapırlar.

İncə görünməyin əsas yolu bədən tipini bilmək və ona uyğun paltar seçməkdir. Paltar seçərkən naxışlar, parçalar və kəsiklər bədən ölçülərinə uyğun olmalıdır.

Rəng seçiminə də böyük diqqət yetirmək lazımdır. Gözəl görünməyin yolu düzgün paltar və uyğun rəng tonları seçməkdən keçir. 

Artıq çəkili insanlar, ilk növbədə bədən quruluşuna uyğun paltarı seçməlidir. Sonra insanı olduğundan daha incə göstərəcək rəng seçimləri işə düşür. Qaranın insanı incə göstərdiyini hamı bilir. Qara çəki gizlədir. Bununla belə, məşhur inancın əksinə olaraq, artıq çəkidən əziyyət çəkən insanların ən çox üstünlük verməli olduğu rəng mütləq tünd-mavidir. Tünd-mavi də insanı daha incə göstərən bir rəngdir. Artıq çəkisi olan insanlar paltar seçərkən soyuq tonlardan istifadə etməlidirlər.

Ümumiyyətlə, soyuq rənglər insanı arıq, isti rənglər isə daha kök göstərir. 

Artıq çəkili insanlar hansı rənglərə üstünlük verməlidir?

Kilolu insanların seçməli olduqları rənglər aşağıdakılardır:

Mavi

Yaşıl

Qəhvəyi

Qara

Sürməyi

Bənövşəyi

Açıq rəng sizi kilolu göstərirmi?

Artıq çəkili insanlar həmişə daha tünd tonlara müraciət etməlidirlər. Qara və tünd-mavi, artıq çəkili insanların istifadə etməli olduğu rənglərdir. Açıq rənglər artıq çəkili insanları arıq göstərmir, əksinə, daha kök göstərir.

Mənbə: Springstore.co

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et