
Cənubi Koreyanın elm və informasiya texnologiyaları naziri çərşənbə günü bildirib ki, ölkəsinin ev sahibliyi etdiyi sürətlə inkişaf edən texnologiyaya dair qlobal sammit yekunlaşarkən, dünya süni intellektin uğurlu inkişafını təmin etmək üçün əməkdaşlıq etməlidir.
İngiltərə ilə birgə Seulda keçirilən süni intellekt sammitində 16 texnologiya şirkəti bir gün əvvəl süni intellektin təhlükəsiz şəkildə inkişaf etdirilməsi üçün könüllü müqavilə imzaladıqdan sonra çərşənbə günü iş təhlükəsizliyi, müəllif hüquqları və bərabərsizlik kimi narahatlıqlar müzakirə edilib.
Koreya şirkəti süni intellekt tərəfindən yaradılan məzmunu müəyyən etmək, həmçinin iş yerlərinin yaradılmasını təmin etmək və sosial cəhətdən həssas qruplara kömək etmək üçün su nişanı kimi üsullardan istifadə edəcək.
Cənubi Koreyanın Elm və İKT (informasiya və kommunikasiya texnologiyaları) naziri Li Conq Ho Reuters agentliyinə müsahibəsində "Əməkdaşlıq seçim deyil, zərurətdir" dedi.
Mənbə: Reuters
Tərcümə etdi: Nəzri Süleymanova
