Bu gün:

Moskva yaxınlığında sərnişin qatarının iki vaqonu yanıb


Fövqəladə hallar agentliyi bildirib ki, Moskva yaxınlığında sərnişin qatarı yanıb. Hadisə Solneçnoqorskdakı Povarovo-1 stansiyasının yaxınlığında baş verib. Yanğın nəzarət altına alınıb, tələfat yoxdur.

Moskva Regionlararası Nəqliyyat Prokurorluğu yanğını təsdiqləyib. Agentliyin məlumatına görə, qatar Moskvadan Tverə gedərkən yanmağa başlayıb.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri Moskva vilayətində şəhərətrafı qatarda baş vermiş yanğını söndürüblər. Povarovo stansiyasında iki qatar vaqonu 140 kvadratmetr sahəni əhatə edir", - nazirlikdən bildiriblər.

Qatardan 8 nəfər təxliyyə edilib, tələfat yoxdur.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et