Limfa xərçəngi üçün kimyaterapiya alarkən Covid-19-a tutulan Ceff Bridges, "ölümlə rəqs edərkən" ölməyə hazır olduğu anları danışdı.

Üç il əvvəl xərçənglə mübarizə apararkən Covid-19-a tutulmuş və az qala ölmək üzrə olan Ceff Bridges, hazırda sağlamlığının "əla" olduğunu söyləyir.
'The Big Lebowski' filminin 74 yaşlı ulduzu 2021-ci ildə immun sistemi zəiflədiyi zaman lenfoma üçün kimyaterapiya alarkən Covid-19-a yoluxmuşdu.
“Ölməyə hazır idim.”
Sağlamlığını bərpa edən Ceff Bridges, müalicə prosesi zamanı "ölümlə rəqs etdiyini" və "getməyə hazır olduğunu" hiss edərək təslim olmaqda olduğunu deyib. Bununla belə, aktyor Covid-19-dan sağalmış insanların qanından istifadəni nəzərdə tutan plazma terapiyasının köməyi ilə sağalıb.
“Page Six” ə danışan məşhur ulduz ölümlə üzləşməyin “öyrənmə təcrübəsi” olduğunu açıqlayıb və “Ağlın bütün bunları unuda bilməsi inanılmazdır” deyib.
2020-ci ildə kimyaterapiyaya başlayan məşhur aktyorun ilkin mərhələdə müalicəsi uğurlu olsa da, Covid-19-a tutulduqdan sonra vəziyyəti daha da pisləşib. O, hər iki xəstəlikdən əziyyət çəkərək, demək olar ki, təslim olacaq qədər 5 ay xəstəxanada yatıb.
"Mən ölməyə çox yaxın idim" deyən Ceff Bridges; "Həkimlər mənə dedilər ki, Ceff, sən döyüşməlisən. Sən döyüşmürsən. Mən təslim olma rejimində idim. Getməyə hazır idim. Ölümlə rəqs edirdim".
Həftədə üç dəfə fiziki terapiya seanslarını əhatə edən uzun bir prosesdən sonra Bridges Covid-19-u məğlub etdi və xərçəngi remissiyaya keçdi.
Xərçəng və Covid-19 prosesi Ceff Bridges-i Con Lithgow və Amy Brennemanın baş rollarda oynadığı 'The Old Man' serialının çəkilişində 15 aylıq fasilə verməyə məcbur etdi.
Mənbə: haberturk
Tərcümə etdi: Sevil Azər
