Bu gün:

Dünyanın ən nadir rəngləri


1. Lapis lazuli (lazurit)

Lapis lazuli mavi mineral o qədər nadirdir ki, Orta əsrlərdə və İntibah dövründə qızıldan da daha çox qiymətləndirilirdi. Bu gün bu daş zəngin mavi çalarlarına görə hələ də yüksək tələbatdadır. Ən gözəl lapis lazuli daşları Əfqanıstandadır.

2.Kversitron (Quercitron)

Kversitron, Şimali Amerikanın şərq və orta qərb hissələrinə aid bir ağac olan, qara palıd qabığından əldə edilən sarı piqmentdir.

3.Koşenil (Cochineal)

Koşenil (Cochineal), əsasən qida və kosmetika sənayesində istifadə edilən əzilmiş böcəklərdən əldə edilən qırmızı piqmentdir.


4. Əjdahanın qanı

Əjdaha qanı rattan palma ağacından çıxarılan parlaq qırmızı piqmentdir.


5. Mumiya braun (qəhvəyi)

18, 19 və 20-ci əsrin əvvəllərində insanlar mumiyaları toplayaraq, cəsədlərdən çıxardıqları toz və sarğıları "Mumiya braun" adlandırdıqları qəhvəyi piqmentə çevirmək üçün Misirə səyahət etdilər.


6. Braziliya ağacı

"Caesalpinia echinata"və ya "Brazilwood"- vətəni Braziliya olan bu ağac, əlbəttə ki, gövdəsinin tünd qəhvəyi-qırmızı rənginə görə qiymətləndirilir. Braziliya ağacı adətən dəri, tekstil, musiqi alətləri və yüksək keyfiyyətli mebellərin rənglənməsi üçün istifadə olunur.



Mənbə: dzen.ru 

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et