Bu gün:

Yer kürəsi günü


1970-ci ildən etibarən hər il qeyd olunan 22 Aprel Yer Günündə ekoloji problemlərə diqqət yetirilir. Bu qeyd etmələrə 20 milyona yaxın insan qatılmış, ekoloji problemlərə diqqət çəkən çoxlu konfrans və simpoziumlar keçirilmiş və tədbirlər çərçivəsində ABŞ-ın ilk “Təmiz Hava Aktı” və “Təmiz Su Aktı” qəbul olunmuşdur.

Hər il Yer Günündə bir çox ölkədə yaşadığımız planetin dəyərini xatırladan fəaliyyətlər və tədbirlər təşkil edilir, ekoloji problemlər, iqlim dəyişikliyi kimi məsələlərə diqqət yetirilir. 22 aprel Yer Günü 1969-cu ildə YUNESKO-nun Ümumdünya Konfransında iqlim və ətraf mühitin çirklənməsi kimi planetin üzləşdiyi təhlükələrə diqqəti cəlb etmək üçün xüsusi gündür. 

Mənbə: ht Hayat

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et