Bu gün:

Zəlzələlərin sayının artmasının səbəbləri


 

Son zamanlar xəbərlərdə irimiqyaslı zəlzələlərin sayı artmaqdadır. "The Guardian"-ın hesabatına görə, elm adamları 2018-ci ildə bütün dünyada dağıdıcı zəlzələlərin sayında əhəmiyyətli artım ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Burada bütün dünyada seysmik aktivliyin artmasına səbəb ola biləcək bir neçə əsas səbəblər var.

1.Yerin fırlanma sürətində güclü seysmik fəaliyyətə səbəb ola biləcək dəyişikliklər olmuşdur. Fırlanmadakı dalğalanmalar kiçik olsa da, həmçinin bir günün uzunluğunu yalnız bir millisaniyə dəyişə bilsə də, çox vaxt böyük miqdarda yeraltı enerjinin buraxılmasına səbəb olur - deyə, tədqiqatçılar izah edirlər.

2. Təbii geomorfoloji hadisə zəlzələlərə səbəb olan yeganə amil deyil. Mədənçıxarma, nüvə partlayışları və yeraltı suların çıxarılması kimi fəaliyyətlərdə insan tərəfindən törədilən zəlzələlərin sayında artım müşahidə edilmişdir. Mövcud məlumatlara görə, son 149 ildə 728-dən çox zəlzələ insan fəaliyyəti nəticəsində baş vermiş ola bilər.

3. Texnogen zəlzələlər neft üçün bənd tikintisi, qazın təkrar doldurulmadan vurulması kimi infrastruktur fəaliyyətlərində zəif planlaşdırma səbəbindən daha çox yayılır.

4. Alimlərə görə, zəlzələlərin artmasının başqa bir səbəbi isə yerin soyumasıdır. Elm adamları soyumanın yer qabığının büzülməsinə səbəb olduğunu və bunun da zəlzələlərə səbəb olan vulkanik narahatlığın artmasına gətirib çıxardığını iddia edirlər.

5. Tədqiqat son illərdə zəlzələlərin sayının artdığını iddia edir. Buna səbəb zəlzələlərin əhəmiyyətli dərəcədə çox olduğundan deyil, daha çox seysmik alətlərin mövcudluğu və onların daha çox zəlzələni qeyd etməsindən qaynaqlanır.

6. Böyük geoloji proseslərdən biri də təkandır.  Bu proseslər qırılmalar, xəndəklər və planetin bir çox subduksiya zonaları boyunca zəlzələlər yaradan reaktiv seysmik qüvvələri hərəkətə gətirir.


Mənbə: timesofindia.indiatimes.com
Tərcümə etdi Abışova Nərmin

Paylaş
Şərh əlavə et