Bu gün:

Sosial şəbəkələrdə yayılan dezinformasiyaları necə müəyyənləşdirmək olar?


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlidir. O, sosial şəbəkələrdə yayılan dezinformasiyaları müəyyənləşdirməyin yollarından danışıb.


-Sosial şəbəkələrdə yayılan dezinformasiyaları necə müəyyənləşdirmək olar? 

Yazılan dezinformasiyanın məzmunundan asılı olaraq onu dəqiqləşdirmək mümkündür. Məsələn, kimsə hansısa xəbəri yayır və bunu bilərəkdən yanlış məlumat kimi yayır. Burada jurnalistin işi ondan ibarət olur ki, mənbələrlə əlaqə saxlayır və dəqiqləşdirir ki, bu hadisə olub, ya olmayıb, filankəs bu işdə iştirak edib, ya etməyib-bunlar sadə üsullardır. Mürəkkəb xarakterli montaj olunmuş videolar, şəkillər, müxtəlif qrafikli elementlər-bunlarla bağlı dezinformasiya yayılanda isə artıq bunu xüsusi proqramlar əsasında yoxlayıb, proqrama uyğun olaraq dezinformasiyanı müəyyənləşdirmək mümkündür. Bunun üçün də müasir jurnalistlərin həm yüksək intellektual səviyyəsi, həm də müasir texnoloji bilikləri olmalıdır. Yəni indiki jurnalistin 15 il bundan əvvəlki jurnalistlə texnoloji, intellekt, zehni və əqli imkanlar baxımından çox ciddi fərqləri var. Sadəcə olaraq, peşəkarlıq vərdişlərini mənimsəmək, hadisələrin içərisində olmaq, prosesləri yaxından izləmək və hadisələrə, proseslərə bələd olmaq tələb edilir.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et