Bu gün:

“Qarabağ"ın gücünə bələd oldular”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi "İdman Tv"-nin şərhçisi İqbal Aslanovdur. O, "Bayer-Qarabağ" arasında keçiriləcək oyun haqqında öz fikirlərini bölüşüb.


-"Bayer-Qarabağ" oyununda şansları necə dəyərləndirirsiniz?


İlk oyundan sonra artıq əksər avropalı futbol mütəxəssislərinin fikri tamam dəyişdi. "Qarabağ"ı tanyanlar bir az da yaxından tanıdılar və "Qarabağ"ın gücünə bələd oldular. Cavab oyunu üçün düzdür, "Bayer Leverkuzen" avropanın top komandası olmasa da, amma bu mövsüm oynadığı oyunla top komanda sayılır. Şansları və imkanları, təbii ki, çoxdur. Əsas şansı çempionat fərqindən ibarətdir. Azərbaycan çempionatının səviyyəsi onunla müqayisə olunacaq dərəcədə deyil. Çempionat fərqi özünü göstərir.


Bununla yanaşı, fiziki hazırlıq məsələsi özünü göstərir. Bakıdakı oyunda futbolçularımızın son dəqiqələrdə artıq bir qədər fiziki baxımdan yorulduğu hiss olunurdu, bu da normaldır. Belə komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq asan deyil. Mən cavab oyunundan bol qollu yenə də mübarizə gözləyirəm. "Qarabağ" sona qədər əzmkar mübarizə aparacaq. Uğurlar arzulayıram! Hər şey ola bilər amma "Bayer-Leverkuzen"i daha təcrübəli hesab edirəm.


Nəcməddin Əliyev

Paylaş
Şərh əlavə et