Bu gün:

"Sağlam gənclik uğurlu gələcəkdir"


24media.az-ın budəfəki müsahibi “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Rüfət Cavadzadədir. O, "Sağlam gənclik uğurlu gələcəkdir" layihəsi haqqında danışıb.
Rüfət bəy, "Sağlam gənclik uğurlu gələcəkdir" layihəsində nələr nəzərdə tutulub?

-Layihə 3 ay müddətində icra ediləcəkdir. Layihənin başlıca məqsədi cəmiyyətin alkoqolizm, siqaret və narkomaniya kimi zərərli vərdişlərlə mübarizədə sosial fəallığın artırılmasına nail olmaq, gənclərin  zərərli vərdişlərdən uzaqlaşması istiqamətində maarifləndirici işin aparılmasıdır.
Layihə Bakı, Lənkəran şəhəri, Sumqayıt və Abşeron rayonunda icra edilməkdədir. Layihə çərçivəsində silsilə təlimlər, seminarlar, maarifləndirici sərgi və aksiyalar olacaqdır və sözügedən təlimlərdə tütün asılılığının, narkotik maddələrin, alkoqolizmin qarşısının alınması, zərərli vərdişlərlə cəmiyyət arasında mübarizənin yolları müzakirə ediləcək və sağlam həyat tərzinin təbliği istiqamətində sosial-psixoloji ictimai xidmətlərin göstərilmə üsulları öyrədiləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən gənclər CV-lərini [email protected]  ünvanına göndərə bilərlər.

24media.az qeyd edir ki, "Sağlam gənclik uğurlu gələcəkdir" layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et