Bu gün:

“Qidalanmaya əvvəldən valideyn nəzarət etməlidir”


24media.az-ın budəfəki müsahibi psixoloq Gülnar Orucovadır. O, imtahan öncəsi abuturiyentlərin diqqət etməli olduğu məqamlardan danışıb. 

-İmtahan öncəsi abuturiyentlərin qida və yuxu rejimində diqqət etməli olduqları əsas məqamlar nələrdir?



Nəinki imtahan öncəsi, ümumiyyətlə, biz yuxu rejimimizə mütləq nəzarət etməliyik. Əgər biz yuxu rejimimizə nəzarət etmiriksə, bizdə stress halları daha da çoxalır; əsəbilik, gərginlik artır.  Bu fonda insan daha aqressiv olur. Və bizim bugünkü aqqresiya, gərginlik, səbirsizliyimiz yuxu sisteminə bağlı olan vəziyyətdir. Hər bir insan günlük rejimini əvvəldən planlamalıdır. Qida rasionu hazırda abutiriyentlərdə çox dəyişib. Onlar “fast-food”a daha meyilli olublar. İdman və sağlıqlı qidaya çox adam əməl etmir. Qidalanmaya əvvəldən valideyn nəzarət etməlidir. Övladlarımızın zərərli qidalara meyil etməsinin qarşısını almalıyıq. Valideyn olaraq bəzən övladımızı günortalar fast food yeməyə alışdırırıq. Sonra alışqanlıq uzun müddət davam edir. Bu da bir müddət sonra mədə xoralarına yol aça bilir.

Bağırsaq insanın ikinci beyni adlandırılır. İnsan nələri yeyirsə, bağırsaqda sorulma prosesi gedir. Bu prosesdə yediyimiz qidalar bizim beynimizə təsir edir. Xəstəliklərin çoxu məhz bu qidalardan qaynaqlanır. Ona görə də nə yediyimizə, nə vaxt yediyimizə və necə yediyimizə mütləq diqqət yetirməliyik. Bir insan gün ərzində mütləq 5-7 saat yatmalıdır. Əvvəl 8 saat deyilirdi. Amma insanlar 2-3 saat yuxu rejimi yatır ki, onlarda da bir sıra xəstəliklər olur. 23:00-dan 02:00-a qədər insan mütləq yuxuda olmalıdır. Çünki bəzi hormonlar var ki, məhz bu zaman aralığında ifraz olunur. 

Gülnisə Əfkari

Paylaş