Bu gün:

İtlərdəki məsum gözlərin sirri


"Puppy's look" - bu hal təkcə ifadələr deyil, insan və it arasındakı əlaqəni gücləndirən təkamül hiyləsidir. İt qaşını qaldırır və bir insana çarəsizliyin ifadəsini göstərir. 

Əzələlərin bu hərəkəti itlərin gözlərinin böyüdüyünə səbəb olur, sifətə daha məsum ifadə verir, həm də insanların kədərləndiyi zaman etdikləri hərəkətə bənzəyir.

Son tədqiqatlar göstərir ki, insanlar və itlər arasında göz təması it və insanın sosial qarşılıqlı əlaqəsi üçün çox vacibdir. İtlər problemini özbaşına həll edə bilməyəndə insanlarla göz təması qurur.

İnsanlar şüuraltı olaraq bu cür itlərə üstünlük verir, onları qoruyur və çoxaltmaq üçün seçirlər ki, bu da onlara təkamül üstünlüyü verir, bu qabiliyyətləri genetik səviyyədə möhkəmləndirir. Məsələn, bir araşdırma aşkar etdi ki, bu göz hərəkətinin nümayiş etdirilməsi itlərə potensial seçim üstünlüyü verir. Başqa heç bir üz hərəkəti belə bir təsir göstərmir. Növbəti dəfə it yemək istədikdə, manipulyasiya etdiyini bilin. 


Mənbə: dzen.ru 
Tərcümə etdi: Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et