Bu gün:

Niyə başqa insanlara heyran oluruq?


Əvvəla, hər bir insanın başqasına heyran olmasının səbəbi subyektiv olur.

Bu, emosionallıq, əskiklik hissi, şüuraltının əlaqələndirdiyi bir şey və digər səbəblərlə bağlı ola bilər.

Halbuki ümumi mənada baxdıqda hər bir fərd öz keyfiyyətlərini dəyərləndirərək, təkmilləşdirərək irəliləyir. Yəni insan özündə fərqli xüsusiyyətləri təkmilləşdirməklə cəmiyyətdə yer qazanıb faydalı olur. Bilindiyi kimi, müxtəlif mövzularda ixtisaslaşma hüceyrələrdə də işləyən bir sistemdir. İnsanlar edə bildiyini adi, edə bilmədiklərini isə üstün görməyə meyillidir. Heç cəhd edilməyən bir mövzuda özünü təkmilləşdirmiş bir insanı seyr edərkən yaranan hiss bir növ özünü izlənilən adamın yerinə qoymaqdır. Edə bilinməyəcəyinə inanaraq ən uzağa gedilən bir xüsusiyyəti izləmək insanda heyranlıq yarada bilər. Qarşıdakı insan üzərində işləmək üçün çox vaxt sərf etməyi tələb edən bir işi çox təbii və gözəl şəkildə həyata keçirə bilər.

Heyranlıq və qısqanclıq qardaşlığı bu vəziyyətə reaksiya ilə bağlıdır. Digər tərəfdən, xüsusilə sosial rolların təzyiqi ilə özündən daha gözəl olan bir qadını qısqanma vəziyyəti və qadına üstünlük vermə insanın duyğusal reaksiyasıdır.

Yaxud daha ağıllı birinin çıxışı hamını heyrətə gətirir. Belə hallarda insanın intellekt səviyyəsi çox güman ki, hər kəslə eynidir. Sadəcə, adam hamıdan daha çox vaxt sərf edib, müəyyən fənlərdə ixtisaslaşıb. İzlənilən şeyin keyfiyyətini düşünmədən şişirtmək çox vaxt həmsöhbətindən asılı olmayaraq heyranlığa səbəb ola bilər. Çünki insanlar obyektiv ola bilmirlər.

Daim insan özünü müşahidə etdiyi üçün nöqsanlarını və çatışmazlıqlarını açıq şəkildə bilir. Uğurlu olmaq üçün sərf edilən zəhmət, vaxt, əldə edilən nəticələr çox vaxt insanın özünə uğur kimi görünmür. Düşünülür ki, kim bu qədər səy göstərsə, daha yaxşı olar. Ancaq insan həmsöhbətini seyr edib müşahidə etdiyi halda onun çatışmazlıqlarını özündə bildiyi kimi bilə bilmir. Demək olar ki, onun həmişə belə olduğu düşünülür. 

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et