Bu gün:

Qadınlar, yoxsa kişilər sosial mediadan daha səmərəli istifadə edir?


Pew Research tərəfindən aparılan araşdırmaya görə, qadınların yüzdə 54-ü feysbukdan foto və videolar üçün istifadə etdiyini ifadə etdi. Kişi istifadəçilərin yüzdə 42-si böyük auditoriyaya çatmaq üçün sosial mediadan istifadə etdiklərini bildirib. Digərləri gülməli yazılara baxmaq, xəbərləri izləmək və dəstək almaq üçün orada olduqlarını bildirir.

Sosial medianın ümumi istifadə nisbətləri araşdırıldığında, qadınlar feysbukda paylaşımların 62%-ni təşkil etdiyi halda, kişilər 54%-lə Linkedin-də qadınlardan daha aktivdir. Orta hesabla kişilər yutubda həftədə bir saat vaxt sərf etdiyi halda, qadınlar üçün bu nisbət 35 dəqiqədən azdır. Tvitterdə göndərilən tvitlərin 62%-ni də qadınlar göndərir. Pinterest istifadə edərkən vəziyyət çox da fərqli deyil. Qadınların pinterest istifadəsi ümumi istifadənin 70%-ni təşkil edir. 

Nəticədə ümumi orta göstəriciyə baxdıqda qadınların 71%-i, kişilərin isə 62%-i sosial mediadan istifadə edir.

Mənbə: pazarlamasyon

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et