Bu gün:

Musiqi bizə necə təsir edir?


Musiqi əhval-ruhiyyəni yaxşılaşdıra, ağrı və azalda, emosional ifadə imkanlarını asanlaşdıra bilər. Araşdırmalar göstərir ki, musiqi fiziki və əqli sağlamlığımıza təsir edir. 


"NorthShore"da Ruhani Baxım və Dəstək komandası musiqinin sağlamlıq və rifah üçün faydalarından bəzilərini vurğulayır:


* Ürək sağlamlığına təsir edir. Araşdırmalar göstərib ki, musiqi çalındıqda qan daha asan axır. O, həmçinin ürək dərəcəsini azalda, qan təzyiqini aşağı sala, kortizol (stress hormonu) səviyyələrini azalda bilər və qanda serotonin və endorfin səviyyələrini artıra bilər.


* Əhval-ruhiyyəni yüksəldir. Musiqi beynin dopamin hormonunun istehsalını artıra bilər. Bu artan dopamin istehsalı narahatlıq və depressiya hisslərini aradan qaldırmağa kömək edir. Musiqi birbaşa beynin əhval-ruhiyyə və duyğularla əlaqəli hissəsi olan amigdala tərəfindən işlənir.


* Stressi azaldır. Tədqiqatlar müəyyən edib ki, musiqi dinləmək biokimyəvi stress azaldıcıları işə salaraq stressi aradan qaldıra bilər.


* Depressiya əlamətlərini aradan qaldırır. Musiqi bizim əhvalımızı yüksəldə, daha yaxşı hiss elətdirə bilər.

* Xatirələri stimullaşdırır. Alzheimer xəstəliyi və ya demans üçün heç bir müalicə yoxdur, lakin musiqi terapiyasının bəzi simptomlarını aradan qaldırdığı müəyyənləşdirilib. Musiqi terapiyası həyəcanlı xəstəni rahatlaşdıra, əhval-ruhiyyəni yaxşılaşdıra və xəstələrdə açıq ünsiyyət yarada bilər.


* Ağrıları idarə edir. Stress səviyyələrini azaltmaqla və beynə daxil olan ağrı siqnallarına güclü rəqabət stimulu verməklə musiqi terapiyası ağrının idarə olunmasına kömək edə bilər.


* Ağrıları yüngülləşdirir. Musiqi, xüsusilə, yaşlı xəstələrdə, reanimasiyada və ya palliativ tibbdə ağrının qəbul edilən intensivliyini əhəmiyyətli dərəcədə azalda bilər.


* İnsanların daha az yeməsinə kömək edir. Yemək zamanı fonda yumşaq musiqi çalmaq (və işıqları söndürmək) insanların yemək yeyərkən yavaşlamasına və nəticədə bir oturuşda daha az yemək istehlak etməsinə kömək edə bilər.


* Məşq dözümlülüyünü artırır. Bu ən yaxşı məşq treklərinə qulaq asmaq fiziki performansı artıra və çətin məşq sessiyası zamanı dözümlülüyü artıra bilər.


Mənbə: Northshore


Tərcümə etdi: Ləman Xəqani

Paylaş
Şərh əlavə et