Bu gün:

Dünyanın ən izdihamlı piyada keçidi


Yaponiyanın paytaxtı Tokionun Şibuya şəhərində yerləşən 'Şibuya keçidi' dünyanın ən sıx piyada keçidi olaraq şəhərə gələn turistlərə vizual ziyafət təqdim edir. Gündə 1 milyon insanın istifadə etdiyi piyada keçidini görmək üçün bölgəyə hər gün minlərlə turist gəlir. Biznes və ticarət mərkəzlərinin ortasında yerləşdiyinə görə şəhərin ən sıx yerlərindən birində yerləşən piyada keçidindən insanların sıx olduğu saatlarda eyni vaxtda 2500-ə yaxın piyada istifadə edir. Pik saatlarda hər 30 dəqiqədə təxminən 45 min insanın istifadə etdiyi keçidin hərəkəti orta ölçülü bir stadionu dolduracaq qədər ağır ola bilər. Gündə orta hesabla 2 milyon sərnişinə ev sahibliyi edən şəhərin ən böyük stansiyalarından biri olan Şibuya Stansiyasının düz qarşısında yerləşən keçid yerli əhalinin və turistlərin böyük marağına səbəb olur. Bəzi turistlər keçiddə foto çəkdirib maraqlı pozalar verərkən, bəzi turistlər ətrafdakı hündür binalardan keçiddə insan axınına baxmağa çalışırlar.

Keçidin günün hər saatında izdihamlı olduğunu bildirən Shono Obara "Günün istənilən saatında insanların foto və video çəkdirdiyini görə bilərsiniz" demişdi. 

Keçidin Tokionun ən məşhur yerlərindən biri olduğunu bildirən Yuiki Ochae, "Bu keçid artıq Tokionun simvoluna çevrilib" deyib. 


Mənbə: IHA

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et