Bu gün:

Google Gemini nədir? Necə istifadə edilir?



2023-cü il sona çatdıqda, mətn, şəkil, audio, video və kodlaşdırma kimi müxtəlif formatlarda məzmunu anlaya bilən çox yönlü bir süni intellekt modeli hazırlanmışdır: Google Gemini.

Google Gemini nədir?

Google Gemini təkcə mətni deyil, həm də şəkillər, audio və video kimi müxtəlif formatlarda məzmunu anlaya bilən yeni və güclü süni intellekt modelidir. Riyaziyyat, fizika, tarix və digər sahələrdə mürəkkəb məsələlərə cavab verməklə yanaşı, müxtəlif proqramlaşdırma dillərində kod yarada, həmçinin anlaya bilir. Onun üç fərqli modeli var: Gemini Nano, Gemini Pro və Gemini Ultra.

Gemini Nano: Gemini Nano smartfonlarda işləmək üçün nəzərdə tutulub.

Gemini Pro: Google-un məlumat mərkəzlərində işləmək üçün nəzərdə tutulub. Gemini Pro cəld cavab vermək və mürəkkəb sorğuları başa düşmək qabiliyyətinə malikdir.

Gemini Ultra: Gemini-in bacarıqlı modeli olaraq təyin olunur. Mürəkkəb tapşırıqlar üçün nəzərdə tutulmuş bu modelin sınaq mərhələsindən keçdikdən sonra buraxılacağı gözlənilir.

Bəs Gemini kim tərəfindən inkişaf etdirilib?

Gemini Google və Google-un əsas şirkəti Alphabet tərəfindən hazırlanıb. Google DeepMind də Gemini-in inkişafına töhfə verib. 

Gemini-ə necə çatmaq olar?

Gemini hazırda Pixel 8 model telefonu və Bard adlı süni intellekt aləti kimi Google məhsullarında mövcuddur. Google Gemini-ni Chrome kimi digər xidmətlərinə daxil etməyi planlaşdırır.

Gemini və GPT arasındakı fərq nədir?

Google DeepMind tərəfindən aparılan təhlillər göstərir ki, Gemini 32 standart performans ölçülərinin 30-da GPT-4-dən daha yaxşıdır. Gemini-in üstünlüyü, xüsusən də, video və audio qarşılıqlı əlaqədə diqqət çəkir. DeepMind-in baş direktoru Demis Hassabis, Gemini-in digər süni intellekt məhsullarından daha güclü olduğunu, daha dəqiq cavablar verə biləcəyini və insan düşüncələrini daha yaxşı təqlid edə biləcəyini bildirir.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et