
Şokolad, şübhəsiz ki, dünyanın ən sevilən qidalarından biridir. Qədim dövrlərdən bəri mövcud olan şokolad hər dövrdə ən çox sevilən qidalar arasında olub. Bədəndə yaratdığı xoşbəxtlik hissi sayəsində ən pis və depressiv anlarımızda ən yaxın dostumuza çevrilib. Tərkibində yüksək yağ və kalori olduğu üçün dərimizdə yaradacağı sızanaqlara və ya qazanmağımıza səbəb olacaq artıq çəkiyə əhəmiyyət vermədən yeyirik. Əsl şokoladın tərkibində 100% kakao olmalıdır.
İnsan keyfiyyətli və düzgün hazırlanmış şokoladın dadından doymur, onu daha çox yemək istəyir. Lakin keyfiyyətsiz inqrediyentlərlə hazırlanan şokolad damaqda çox pis dad yaradır. Şokolad tropik iqlimlərə xas olan kakao ağacından hazırlanır və fındıq, püstə kimi maddələr əlavə edilərək çeşidlənir.
Enerjisi çox yüksək olan qida maddəsi olsa da, həddindən artıq qəbul edildikdə çəki artımına və müxtəlif xəstəliklərə səbəb olur. Köklü bir tarixə malik şokoladın eramızdan əvvəl, bəlkə də, Maya tayfası tərəfindən kəşf edildiyi düşünülür.
Şokolad nədir?
Şokolad kakao ağacının toxumlarına və ya paxlalarına müəyyən proseslər tətbiq edilərək müxtəlif konservantlar və qida maddələri ilə qarışdırılaraq istehsal edilən şirin qida növüdür. Bir çox fərqli çeşidi olan şokolad orqanizmə enerjili bir quruluş qazandırmaqla yanaşı, tərkibindəki yüksək kalorili dəyəri ilə də kilo almağa səbəb olur.
Şokolad necə hazırlanır?
Kakao ağacı ildə iki dəfə meyvə verəndə yığılan kakao paxlası əzilərək qovrulur. Bu prosesdən sonra şəkərlə qarışdırılır və xəmirə çevrilir. Kakao yağı ilə yumşaldılacaq xəmir nazik parçalara düzülür və düzbucaqlı dəzgahın içinə qoyulur. Düzbucaqlı yivli maşının içərisindəki silindr xəmiri yumşaldır və maye halına gətirir. Bu prosesdən sonra yaranan şokolad qəliblərə tökülüb soyudulmalıdır.
Mənbə: City Gida
Tərcümə etdi: Aydan Qasımova
