Bu gün:

Coğrafiyada insanla təbiətin əlaqəsi necədir?


İnsan və təbiət arasında münasibət nədir?

İnsan və təbiət həmişə birlikdə yaşayıblar və indi də yaşayırlar. İnsanlar təbiətdən nə qədər amansızcasına istifadə etməyə çalışsalar da, təbiət həmişə özünə məxsus olanı geri alır. İnsan və təbiət arasındakı əlaqə təbii elementləri, insan elementlərini və təbiəti təşkil edən dörd sistemi ehtiva edir.

İnsanlarla təbiət arasındakı əlaqəni təbii və insan elementlərini özündə birləşdirən bir əlaqə kimi müəyyən etmək olar.

Təbiəti dörd əsas sistem təşkil edir. Bunlar:

• Atmosfer (Hava sferası)

• Hidrosfer (Su sferası)

• Litosfer (Daş kürə)

• Biosferdir (Yaşayan sfera).

İnsanların təbiətə təsiri nələrdir?

•Yeraltı sərvətlərin insan tərəfindən emalı torpağa və bioloji müxtəlifliyə zərər vurub. Nəticədə bir çox heyvanlar nəsli kəsilmiş və ya yox olmaq ərəfəsindədir.

•Artan enerji ehtiyacını ödəmək üçün insanlar təbiətin fəaliyyətinə uyğun elektrik stansiyaları qurublar. 

•Ağaclardan istifadənin artması meşə sahələrinin azalmasına səbəb olub. Bu səbəbdən də bəzi yaşayış massivlərində sürüşmə hallarına daha çox rast gəlinib.

•İnsanların inkişaf edən sənayesi ilə birlikdə havaya və suya atılan tullantılar təbiəti çirkləndirib və bir çox canlı növləri öz yerini dəyişib.

İnsanın təbiətə təsirini daha bir çox başqa maddələrlə artırmaq olar.

Bəs təbiət insanlara necə təsir edir?

•İnsan təbətdə yaşamaq üçün mağaralardan istifadə edir, hətta özünə sığınacaq yaratmaq üçün onları oyaraq formalaşdırır. Buna ən yaxşı nümunə Kapadokyadakı Pəri Bacalarıdır.

•İnsanlar nəqliyyat xətləri üçün su kanallarından istifadə edə bilərlər. Eləcə də atlar, eşşəklər, dəvələr və s. Heyvanlardan əşyaların daşınması üçün istifadə oluna bilər.

•İnsanlar soyuqdan qorunmaq üçün qalın tüklü heyvanlardan istifadə edirdilər.

•Torpaq əsrlər boyu insanın ən yaxın dostu olub və insana müxtəlif məhsullar bəxş edib.

İnsanın təbiətə təsirində olduğu kimi, təbiətin insanlara təsirinə dair də misalları artırmaq olar.

Mənbə: Haber Vakti

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et