Bu gün:

"Pop kralı" Michael Jackson'ın həyatı filmə çevrilir: Yayım tarixi açıqlandı


Pop kralı Michael Jacksonun həyatından bəhs edən film üzərində işlərə başlanılır. Filmin nə vaxt nümayiş olunacağı açıqlanıb. 2009-cu ildə vəfat edən amerikalı pop ikonu Michael Jacksonun həyatından bəhs edən bioqrafik film üçün geri sayım başlayır.

"İlk gün", "Ədalət", "Hitman" və "Kral Artur" kimi uğurlu filmlərin rejissoru olan  Antoine Fuqua maraqla gözlənilən filmin rejissor kürsüsünə oturacaq.
"Michael" adlı film 18 aprel 2025-ci ildə ekranlara çıxacaq.

Filmdə Maykl Ceksonu kim canlandıracaq? 
Məşhur müğənnini filmdə kimin canlandıracağı uzun müddətdir ki, maraq doğururdu. Jacksonu ifaçının 26 yaşlı qardaşı oğlu Jaafar'ın canlandıracağı açıqlanıb.


"Michael" adlı filmdə əmisini canlandıracaq Jaafar Jackson sosial media hesabında "Əmim Michaelin hekayəsini ekrana gətirməkdən şərəf duyuram. Tezliklə bütün dünyada olan pərəstişkarları ilə görüşənədək." deyib.


İlk böyük rol
Müğənninin anası Katherine Jackson deyib: "Jaafar oğlumu canlandıracaq. Onun Jacksonun mirasını davam etdirəcəyini görmək çox gözəldir". Jaafar Jackson müğənninin böyük qardaşı Jermaine Jacksonun oğludur. Uşaqlıqdan ailənin digər üzvləri kimi rəqs və mahnı oxuyan Jaafar ilk dəfədir ki, belə irimiqyaslı layihədə iştirak edəcək.

Filmin prodüserliyini edən Lionsgate, "Michael" adlanacaq filmin məşhur pop ikonasının indiyə qədər bilinməyən tərəflərini əks etdirəcəyini açıqlayıb.

Filmdə Jacksonun unudulmaz səhnə çıxışları və şəxsi həyatı haqqında məlumat veriləcək.

Mənbə: ntv

Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et