Bu gün:

Niyə soyuq havada dondurma yeməliyik?


Bir çox insanlar dondurmanın yalnız isti yay günləri üçün olduğunu düşünürlər, lakin bu doğru deyil. Sadəcə qışda havanın soyuq olması o demək deyil ki, siz bu sərin desertdən həzz ala bilməyəcəksiniz! Bu bloqda qışın dondurma yemək üçün ən yaxşı vaxt olmasının səbəbi müzakirə olunacaq.

Dondurmanızın əriməsi ilə bağlı narahatlığınız olmayacaq: 

Soyuq aylarda dondurma yeməyin ən gözəl tərəflərindən biri onun əriməməsidir. Sadəcə olaraq, tələsməyin və dondurmanızdan həzz alın. Dünya sizin dondurucunuz olacaq.


Niyə qış dondurma yemək üçün ən yaxşı vaxtdır

Boğaz ağrılarını sakitləşdirir: 

Dondurma boğaz ağrıları, həm də şiddətli boğaz ağrıları üçün müalicəvidir. Çünki sərinlik qıcıqlanmış boğazı sakitləşdirməyə və uyuşdurmağa kömək edir. Həmçinin xəstə olanda sizə lazım olan kalium, kalsium kimi qidalı maddələri dondurmadan əldə edə bilərsiz. Bundan əlavə, xəstəlik sadəcə bəhanədir, belə şirin müalicəyə isə heç kim yox deməz. 

Dondurmanızı qışda sevimli isti içkinizlə uyğunlaşdıra bilərsiniz:

Əgər siz bunun həvəskarsınızsa, inanın ki, dondurma ilə əla desert kombinasiyaları yaratmaq olar. Dondurmanın sərinliyini azaltmağa kömək edəcək isti içki dadlı təcrübədir.

Mənbə: news18.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et