Günlər və illər müntəzəm olaraq baş verən astronomik hadisələrdir. Bəs bu rəqəmlərin tarixi nədir?

Niyə həftədə 7 gün var?
Ay, il və gün anlayışları Yerin öz oxu ətrafında və Günəş ətrafında fırlanması ilə izah edilən astronomik hadisələrdir. Bir həftə Ayın təxminən 23 faizinə bərabərdir; Hindistandan Çinə, Yaxın Şərqdən Avropaya qədər bir çox yerdə min illərdir istifadə olunur.
Bir həftənin 7 gün olması faktı Babil imperiyasına gedib çıxır. Babil imperatoru Böyük Sarqon bir həftənin 7 gün olmasını əmr etdi. Babil İmperiyası 7 rəqəmini yüksək qiymətləndirirdi. Bir həftənin 7 gün olaraq təyin edilməsi teleskopların ixtirasından əvvəl idi.
Həftənin 7 gün olması həmdə yəhudiliklə əlaqələndirilir. Yəhudiliyə görə Allah dünyanı 6 gündə yaradıb və 7-ci gündə istirahət edib.
Niyə bir il 12 aydır?
Roma imperatoru Yuli Sezarın astronomları imperatora izah etdilər ki, fəsillərə uyğun gəlmək üçün niyə bir ildə 12 ay və hər 4 ildən bir sıçrayış ili olmalıdır. O zaman təqvimdə 10 ay var idi, lakin bir ildə 12-dən çox qəməri ildönümü baş verdi.
Bununla da yanvar və fevral ayları təqvimə əlavə edilib. İlkin təqvimin beşinci və altıncı ayları olan iyul və avqust ayları Yuli Sezarın və onun varisi Avqustun şərəfinə adlandırıldı. Bu iki ayın əhəmiyyətini gücləndirmək üçün günlərin sayı 31 olaraq təyin olundu.
Mənbə: Bilimcini
Tərcümə etdi: Nəzri Süleymanova
