Bu gün:

Dəniz ulduzlarının mövcudluq tarixi


Tarixdə ilk dəniz ulduzunun qalıqlarının 450 milyon il əvvələ aid olduğu təxmin edilir. Bu dinozavrların mövcudluğundan daha qədimdir.


Uzun müddətdir ki, dəniz ulduzları müxtəlif forma dəyişiklikləri ilə bu günə qədər yaşamağa davam etmişlər.Dəniz ulduzları soyuq dəniz suyuna davamlıdır. Üstəlik, hətta dəniz səviyyəsindən 6000 metr aşağıda da yaşaya bilirlər. Ən soyuq qütb dəniz sularından tutmuş ən isti tropik dəniz sularına qədər dünyanın bir çox bölgələrində yaşaya bilərlər. Onlar adətən qırmızı və narıncı olsa da, mavi, qəhvəyi və boz rəngliləri də var.

Dəniz ulduzları şirin suda yaşaya bilməz. Ən çox yayılmış növlər sahillərə yaxın ərazilərdə müşahidə olunur.Ölkəmizdə dənizlərdə gördüyümüz dəniz ulduzları ümumiyyətlə narıncı və ya qırmızı rəngdədir və 5 qolludur. Amma dünyada daha çox qollu 1500 müxtəlif növ dəniz ulduzu var.

Dəniz ulduzlarının növlərindən bəziləri, xərçənglər, qağayılar, bəzi balıqlar və dəniz su samurları üçün qidadır. Bu canlılardan qorunmaq üçün onların bədənlərində onlara pis dad verən saponinlər var. Bəzi növlər selikli bir xarici təbəqə ifraz edir, bəziləri isə iti tikanlarla örtülüdür. Bu şəkildə yaşamaq şansı əldə etməyə çalışırlar.



Mənbə:yelkenokulu

Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et