Bu gün:

Ən çox vulkan harada yerləşir?


Ən çox vulkanı olan əyalət Alyaskadır. ABŞ-dakı 169 vulkandan başqa, Alyaskada 130-dan çox vulkan və vulkanik sahələr yerləşir.


ABŞ Geoloji Xidməti ölkəsindəki 18 vulkanı son dərəcə yüksək təhlükə mənbəyi olan vulkanlar kimi təsnif edib, onlardan beşi Alyaskada yerləşir. Bunlara Akutan vulkanı, Avqustin vulkanı, Makuşin vulkanı, Redoubt vulkanı və Spurr vulkanı daxildir. Alyaskanın vulkanlarının əksəriyyəti 1550 mil uzanan Aleut qövsü boyunca yerləşir. Mütəxəssislər hesab edir ki, Auqustin, Redoubt, Spurr və İliamnadan ibarət olan Kuk İnlet vulkanlarından püskürmələr ciddi dağıntılara və ağır itkilərə səbəb ola bilər, çünki bu vulkanlar ştatın ən sıx məskunlaşdığı şəhər olan Ankoric şəhərinə yaxındır.


Mənbə: tr.411answers.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et