Bu gün:

“Azərbaycanda ən çox yayılan növ bağırsaq qurdlarıdır”


24media.az-ın ”1 sual, 1 cavab” rubrikasının budəfədəki müsahibi İnfeksionist-Hepatoloq Mərdan Əliyevdir. Həkim qurd xəstəliklərindən danışıb. 


 Qurd xəstəliklərinin yaranma səbəbləri nələrdir, bu xəstəliyin hansı fəsadları ola bilər?




Qurd xəstəlikləri çox geniş mövzudur. Azərbaycanda ən çox yayılan növ bağırsaq qurdlarıdır, və bu qurdlar hermitoz (bağırsaq hermetləri) adlanır. Hermitozlar uşaqlarda daha çox olur, böyüklərə də yayıla bilir. Bu növün yayılma səbəbi insanların gigiyenik qaydalara riayət etməməsidir. Uşaqların dırnaqlarının uzun olması, əllərinin təmiz olmaması, əlləri yumadan qidalanma-bunlar uşaqlar arasında hermitozların(bağırsan qurdları) yayılma səbəbləridir. Uşaqların bu qaydalara əməl etməməsi nəticəsində, böyüklərə də asanlıqla yoluxa bilir. Bunların simptomları:mədə-bağırsaq pozğunluqları, ana nahiyədə qaşınmalar, allergiya xəstəlikləri, uşaqlarda diş qıcıma, ağızdan suyun axmasıdır. 

Səmayə Qədirova

Paylaş
Şərh əlavə et