
Düzgün məşq etməklə yuxu zamanı ruhunuzu bədəninizdən ayırıb o an müxtəlif yerlərdə baş verən hadisələri anında görə bilər, astral bədəninizi gələcəyə göndərərək gələcəkdən məlumat ala bilərsiniz. Buna astral səyahət deyilir.
Elmdə nə astral bədən, nə də ruh anlayışı var. Hər ikisi psevdoelmin yaratdığı mistisizm elementləridir. Heç bir araşdırma göstərməyib ki, astral səyahətə sahib olduqlarını iddia edən insanlar sahib ola bilməyənlərdən yüksək nisbətdə hadisələri proqnozlaşdıra bilərlər. Əksinə, astral səyahəti iddia edənlərin faizi düzgün təxmin edənlərin faizindən (50%) daha aşağıdır.
Astral səyahət insanların yuxularını səhv təyin etməsindən və mistik elementlərdən ötrü zəifliyindən yaranan bir mifdir. Bu, mahiyyətcə Lucid Dreaming( Yarı-oyanıq yuxu) təcrübəsinin səhv şərh edilmiş versiyasıdır. İndiki vaxtda astral səyahət haqqında əlavə məlumatı olan yoxdur.
Mənbə: evrimagaci
Tərcümə etdi: Sevil İsmayılova
