Bu gün:

Barmaq izləri niyə fərqlidir?


Barmaq izlərimiz niyə fərqlidir?

Hər bir insanın barmaq izləri fərqli olmalıdır deyə bir qayda yoxdur. Ancaq oxşarlıq ehtimalı insan populyasiyasının ölçüsü ilə müqayisədə kiçik olduğundan, belə bir ekvivalentlik demək olar ki, tapılmır. Ancaq bu o demək deyil ki, iki insanın barmaq izi eyni ola bilməz.Üstəlik, barmaq izlərinin fərqli olmasının insanları fərqləndirməklə heç bir əlaqəsi yoxdur. Barmaq izlərinin fərqli olmasının əsas səbəbi genetikadır. 

Barmaq izləri doğumdan əvvəl inkişaf edir və ömür boyu eyni qalır. Bu zolaqların funksiyaları tam aydınlaşdırılmasa da, onların toxunma həssaslığını artırdığı düşünülür.

Bu uzun zolaqların ölçüsü, forması və məsafəsi genetik faktorlardan təsirlənir. Ümumiyyətlə, deyə bilərik ki, genlər barmaq izlərinin quruluşunun əsas xətlərini müəyyən edir. Ancaq genlər bütün detalları təyin etmir. Çünki əkizlərin belə barmaq izləri fərqlidir.

Bu təəccüblü olmamalıdır: Çünki hətta əkizlərin saç tellərinin hər birinin baş dərisindəki yeri tam olaraq eyni deyil. Yalnız bədənimizin əsas elementləri genetik olaraq təyin olunur.

Əkizlərin barmaq izləri bir-birindən fərqli olduğu kimi, hər bir insan barmağının izləri də bir-birindən fərqlidir. Yenə də, genetik əsaslı olduğundan, əksər çapıq strukturları yuxarıda göstərilən kateqoriyalardan birinə (və ya bir neçəsinə) düşür; amma təfərrüatlar fərqlidir. Çünki inkişaf zamanı şəhadət barmaqda baş verənlər orta barmaqda baş verənlərlə eyni deyil; Bu hal fiziki fərqləri yaradan səbəbdir.

İki insanın eyni barmaq izinə sahib olma ehtimalı nə qədərdir?

Eyni barmaq izlərinin olması ilə bağlı heç bir statistik məlumat yoxdur, çünki cinayət və ya polis hesabatlarında eyni barmaq izlərinə sahib olan barmaqlar sonradan çaşqınlığın qarşısını almaq üçün qeyddən çıxarılır. Bu səbəbdən, ümumi barmaq izlərinin necə meydana gəldiyini dəqiq bilmək üçün heç bir yol yoxdur. Bununla belə tarix boyu milyardlarla insanın yaşadığı planetdə tam olaraq eyni barmaq izini tapmaq mümkündür.

Barmaq izlərinin funksiyası nədir?

Barmaq izlərinin təkamül biologiyası baxımından işi  sürtünmə qüvvəsini artırmaqdır. . 

Mənbə: Evrim Ağacı 

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et