Bu gün:

Dünyanın ilk kosmonavtı: Yuri Qaqarin


1961-ci il aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Bu uçuş təkcə Qaqarinin yox, həm də sovet alimlərinin və mühəndislərinin zəhmətinin bəhrəsidir. Günümüzə qədər bu tarixi uçuş barədə bir çox sualların cavabları hələ də axtarılır. 

Əslində uçuş nə vaxt baş verməli idi? Hansı səbəbdən Qaqarinə odlu silah veriblər?

Əslində, kosmosa ilk uçuş barədə qərar təcili verilib. Çünki kəşfiyyatın əldə etdiyi məlumata görə, amerikalılar aprelin sonunda kosmik gəmi buraxmağı planlaşdırırmışlar. SSRİ rəhbərliyi bu planı qabaqlamalı idi və komandaya bununla bağlı göstəriş verilmişdi.

Yuriy Alekseyeviç kosmosa hələ dekabrda uçmalı idi. Bu haqda 11 oktyabr 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının və Nazirlər şurasının MK-nin Qətnaməsində bildirilmişdi. “Vostok” gəmisinin uçuşuna qışda baş verən faciə mane olmuşdu: oktyabrın 24-də Baykonurda yanacaqla doldurulmuş hərbi raket partlamışdı. 

Nəticədə 268 insan həlak olub.  Onların arasında marşal Nedelin də var idi. İnsanların bir çoxu diri-diri yanmışdı. Daha əvvəl kosmosa insanın yollanması ilə bağlı 6 cəhd yerinə yetirilib, onlardan 3-ü faciə ilə başa çatmışdı. Avadanlıqların yalnız 50 faizi etibarlı hesab olunurdu.

Tarixi uçuşdan bir neçə gün öncə iki kiçik qız övladı olan Qaqarini sonsuz German Titovla əvəzləmək ideyası meydana gəlmişdi. Lakin, Korolyov Yurinin namizədliyinin üstündə dayandı. Sonradan bu seçiminə görə qürur hissi duyduğunu ifadə etmişdi. Tarixi uçuşdan 2 gün əvvəl Qaqarin həyat yoldaşına vida məktubu yazmışdı. Əgər qəza olsaydı, bu məktubu Valentina İvanovnaya çatdıracaqdılar. 1961-ci ildə bu məktubu kiməsə göndərməyə ehtiyac qalmır.

1968-ci il martın 27-də Qaqarin dəhşətli qəza zamanı həlak olduqdan sonra, bu məktub onun həyat yoldaşına verilir.

“Vostok-1”in uçuşundan qabaq gözlənilməz texniki nasazlıq ortaya çıxır. Lyukdakı tənzimləyicinin hermetikliyinin yoxlanması zamanı lazımi siqnal gəlmir. Uçuşun başlanmasına isə çox az bir vaxt qalmışdı. Məhz bu nasazlığa görə uçuş təxirə salına bilərdi. “Vostok-1”in aparıcı konstruktoru Oleq İvanovski işçiləri ilə birlikdə bir neçə dəqiqə ərzində bütün qaykaları bərkidir, tənzimləyicini lazımi qaydaya salır. Bununla o, peşəkar bacarıqlarını qısa vaxtda nümayiş etdirir.

Hakimiyyət xalqa 3 müraciət hazırlamışdı. Onlar Qaqarinin uçuşunun uğurlu olacağına tam əmin deyildilər. Buna görə KİV üçün 3 müraciət hazır edilmişdi: Birincisi- əgər sınaq uğurlu olsaydı, ikincisi- əgər kosmik gəmi orbitə çıxa bilməsəydi, üçüncüsü - kosmonavtın faciəvi ölümü. Bütün təhlükəsizlik tədbirləri öncədən nəzərə alınsa da, uçuş vaxtı kosmonavt psixi əsəb pozğunluğu yaşaya bilərdi. Bunun baş verməməsi üçün 108 dəqiqəlik uçuş vaxtı o, Yer kürəsi ilə daim danışıqlar aparırdı.

Uçuş vaxtı bir çox çətin vəziyyətlər baş vermişdi: əlaqə xəttində nasazlıq, tənzimləyicilərin hermetikliyinin pozulması, uzun müddət aqreqat hissənin qopaması, həmçinin skafandrda qüsurların olması. Uçuşun son mərhələsi zamanı Yuri Qaqarin "Mən yanıram, bağışlayın, yoldaşlar!" sözlərini demişdi. Buna görə bir müddət sonra onunla əlaqə belə saxlamağa cəhd etmədilər. 

Mənbə: Britannica.com

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et