Bu gün:

Madrid şəhərinin yaranması


İspaniyanın turistik paytaxtı Madrid şəhərinin bir neçə spesifik tərəfinə baxaq...

Madrid şəhərinin yaranması Roma və Əndəlüs dövrünə təsadüf edir. Xristian krallıqları ilə Əndəlus dövləti arasındakı sərhədi qorumaq üçün 9-cu əsrdə Manzanares çayı üzərində qala tikilir. Bu bina bu gün Madridin görkəmli binalarından biri olan Kral Sarayının yerləşdiyi yerdə “Mayrit” adı ilə tikilmişdir. Qala ətrafı asanlıqla müşahidə oluna bilən strateji bir təpədə yerləşdirilmişdir. 

Zamanla hökmdarlar Mayrit qalası ətrafında əhalinin sayını artırmaq üçün araşdırmalar aparmış və buna uyğun qanunlar qəbul etmişlər. 

Toledo XVI əsrə qədər İspaniyanın paytaxtı olsa da, II Filip tərəfindən Madrid ölkənin inzibati mərkəzinə çevrilir. Şəhər islahatları nəticəsində şəhərətrafı qəsəbələr genişləndi və miqrasiya artdı. O zaman dövlət xarici rəssamları şəhərə gətirirdi ki, bu da İspaniyanın hazırda məşhur olan mədəniyyətinə təsir göstərib. 


18-ci əsrdə şəhəri müasirləşdirmək üçün böyük cəhdlər edilirdi. Bu dövrlərdə bu gün də mövcud olan və şəhərin sənət tarixinə işıq tutan bir çox tikililər tikilmişdir.Avropanın ən yüksək hündürlüyünə malik paytaxt Madrid şəhəri dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir.


Mənbə:britanicca

Tercume etdi:Aynur Mikayilova

Paylaş
Şərh əlavə et