Məşhur alim olmaq üçün gecə-gündüz laboratoriyada işləyirsən. Maddələri bir borudan digərinə köçürür, kompüterdə yeni düsturlar yazırsan, amma axtardığın “möcüzəni” əldə edə bilmirsən. Sonra sən ehtiyatsızlıqdan mayeləri səhv boruya əlavə edirsən və ya yaramaz pişiyiniz kompüterdəki düyməyə toxunur və...ta-taaam! Bəlkı də bu gün haqqında danışacağımız nümunələr belə olmaya bilər, amma elm dünyasını sarsıdacaq bir çox kəşflər təsadüfən ortaya çıxıb.
Penisilin
Alexander Fleming çox yaxşı bioloq idi, lakin onun laboratoriyası həmişə qarışıq olub. 1928-ci ildə məzuniyyətdən qayıtdıqdan sonra səhər laboratoriyasına gedib səliqə-sahmana başlayanda üzərində işlədiyi bakteriyaların olduğu qabın bir hissəsinin göbələklər ilə örtüldüyünü görüb. Digər qablardakı bakteriyalar yaşayarkən, həmin qabda olanlar ölüb. Penicillium cinsindən olan bu göbələk xəstəlik törədən bakteriyaları məhv edən möcüzəvi dərman idi. Gələcəkdə bir çox xəstələrin sağlamlığını bərpa edəcək pepenisillin səliqəsiz və bir qədər də yöndəmsiz bir alimin laboratoriyasında təsadüfən tapıldı.
Mikrodalğalı soba
Mikrodalğalı soba varlığına görə mühəndisin cibindəki şokolada borcludur. O zamanlar Raytheon şirkətində işləyən Amerika mühəndisi Persi Spenser maqnetorun (elektron axınının maqnit sahə ilə qarşılıqlı təsiri hesabına mikro dalqaları generasiya etdirən qurğu) yanından keçərkən görür ki, şokolad əriyir. Bir neçə eksperimentdən sonra 1945-ci ildə Spenser adını mikro dalğalı sobanın yaradıcısı kimi əbədiləşdirdi.
Coca-Cola
Con Pemberton baş ağrısına qarşı dərman düzəltmək istəyirdi. Onun reseptinə kokanın təzə yarpaqları və tropik ağac kolanın qozalarından ibarət idi. Pembertonun köməkçisi təsadüfən preparatı qazlı su ilə qarışdırır və dünyada ilk "Koka-Kola"nı alır. Sonralar Pemberton içkinin istehsal hüququnu "The Coca-Cola Company" şirkətinə satır. Şirkət uzun illər bu sirli reseptlə milyonlar qazanır. Pemberton isə kəşfindən iki il sonra baş ağrısına qarşı hazırladığı dərmanın qurduğu maliyyə imperiyasını görmədən vəfat edir.
Mənbə: kumbaradergisi.com
Tərcümə etdi: Bənövşə Bağırova
Təsadüf nəticəsində yaranan kəşflər
20-12-2023, 21:34Paylaş
