Bu gün:

Repetitor hazırlıqlarının faydalılıq dərəcəsi-Rəşad Qardaşovla "1 sual, 1 cavab"


24media.az-ın ”1 sual,1 cavab” rubrikasının budəfədəki müsahibi təhsil eksperti Rəşad Qardaşovdur. Ekspert repetitor hazırlıqları haqda danışıb. 


-Sizcə, repetitor hazırlıqları faydalıdırmı?


Repetitorluq olub, var və həmişə də olacaq. Bu zamanın tələbidir. Abuturiyentin hər hansı fənndən hazırlıga getməsi öz biliyini, savadını, dünyagörüşünü daha da üst səviyyəyə çatdırmaga xidmət etməsidir. Hansısa bir fəndən ümumiyyətlə, anlayışı olmayan və ya zəif olan bir abituruyentin repetitor vasitəsilə nəyəsə nail olmasını gözləmək düz deyil. Abituriyent məktəbdə kifayət qədər təhsil və tədrisə cəlb olunur. 11 illik məktəb zəhmətini, müəllim əməyini 2-3 illik repetitor əməyi ilə müqayisə etmək düz deyil. Hər sahədə bu repetitorluq var. Məsələn, sürücülük kurslari, təlim mərkəzləri. Hətta qardaş Türkiyədə özəl liseler, dershanelər var. Bu da repetitorluq fəaliyyətinin başqa formasıdır. Amma yaxşı olardı ki, bu fəaliyyət tənzimlənsin.


Səmayə Qədirova

Paylaş
Şərh əlavə et