Bu gün:

Jurnalistika nədir?



Jurnalist nə deməkdir?


Jurnalist: Dürüst, etik və qərəzsiz şəkildə xəbərləri araşdırmaq, sənədləşdirmək, yazmaq və təqdim etmək vəzifəsi daşıyan peşəkarlara verilən addır.

Jurnalistdə olmalı olan keyfiyyətlər 

Mövcud hadisələrlə maraqlanması gözlənilən jurnalistin keyfiyyətləri aşağıdakılardır:

Mürəkkəb məsələləri tez qavramaq və onları sadə, yığcam dillə izah etmək bacarığı.

Yaxşı müşahidə və təhlil bacarıqları nümayiş etdirmək,

Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq,

Güclü stress altında işləməyi bacarmaq,

Dəyişən vaxt zonalarında uzun saatlarla işləmək bacarığı,

Son tarixlərə riayət etmək

Jurnalist olmaq üçün hansı təhsil tələb olunur?

Jurnalist olmaq üçün universitetin dörd illik Jurnalistika fakültəsini bakalavr dərəcəsi ilə bitirmək lazımdır. İctimai və ya Siyasi Elmlər üzrə diplomu olan və peşəkar istedadı olan şəxslər də jurnalist kimi işləyə bilərlər.

Jurnalist nə edir? Onların Vəzifə və Məsuliyyətləri nələrdir?

Jurnalistika ədliyyə, mədəniyyət-incəsənət, idman kimi sahələrə bölünsə də, ixtisas sahəsinə uyğun olaraq bütün sahələrdən xəbər yazan jurnalistlər də var. Peşəkar mütəxəssislərin ümumi iş təsvirlərini aşağıdakı başlıqlar altında qruplaşdırmaq olar;

Press-relizləri oxumaq və mühüm görüşlərdə iştirak etmək,

Xəbər agentliyinin xəbərlərini real vaxt rejimində oxumaq,

Mühüm xəbərləri üzə çıxarmaq üçün araşdırma aparmaq, məlumat toplamaq, yoxlamaq və şərh etmək,

Məhkəmə iclasları, futbol matçları, parlament iclasları kimi ümumi cəmiyyəti narahat edən hadisələrin baş verdiyi yerlərdə olub, hadisələri izləmək,

Texniki avadanlıqdan istifadə etməklə müsahibələrin qeydə alınması,

Xəbər masasında telefonlara cavab vermək,

Ən son inkişafları izləmək,

Gələcək tədqiqatlarda istifadə üçün resurs şəxslərin və qurumların əlaqə məlumatlarını qeyd etmək,

Xəbər axınını davam etdirmək üçün bir çox sosial və peşəkar qruplarla əlaqə saxlamaq,

Fotojurnalistlər, redaktorlar və digər peşəkarlarla əməkdaşlıq etmək,

Peşənin etik qaydalarına riayət etmək

Jurnalistika məzunları üçün iş imkanları hansılardır?

Jurnalistlər adətən televiziya və ya radio stansiyası, qəzet və ya internet saytı kimi konkret media orqanında işləyirlər. Bununla belə, xəbər otaqları, radio və televiziya stansiyaları, vebsaytlar və mobil cihazlar da daxil olmaqla bir çox platformada məzmun dərc etməyə üstünlük verənlər də var.

Müxbir

Reportyorlar və müxbirlər yerli, milli və beynəlxalq hadisələr və xəbərlər barədə ictimaiyyəti məlumatlandırırlar. Onlar tez-tez qəzetlər, jurnallar, internet saytları, televiziya, radio və onlayn xəbər saytlarında işləyirlər.

Xəbər analitiki

Yayım xəbərləri üzrə analitiklər tez-tez müzakirə olunan xəbərlərin təhlilini təmin etmək üçün müqavilə əsasında işə götürülür. Jurnalistika peşəsində başqa bir məsələ də odur ki, seçdiyiniz kateqoriya üzrə öz peşənizi icra edə bilərsiniz. Yaxşı; İdman, siyasət, jurnallar və bir çox başqa mövzularda işləyə bilərsiniz

Mənbə: Kariyer.net

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et