Bu gün:

Siçanlar beyinlərindən istifadə edərək virtual reallıq mühitində hərəkət edə bilirlər


Siçanlar virtual reallıq mühitində hərəkət edə və beyinlərindən istifadə edərək virtual obyektləri hərəkət etdirə bilirlər.


“Science” jurnalında dərc olunmuş son araşdırmaya görə, siçanlar virtual reallıq mühitində hərəkət edə və virtual obyektləri beyinlərindən istifadə edərək hərəkət etdirə bilirlər. Tədqiqatçılar virtual reallıq mühitində siçanların beyin fəaliyyətlərini izləyərək müəyyən ediblər ki, siçanlar beyinlərində qarşılarında olmayan obyektləri və yerləri təmsil edə bilirlər.


Məməlilərin beynindəki hipokampus bölgəsi xatirələrin saxlanmasında, yerləşdirilməsində və naviqasiyasında mühüm rol oynayır. Tədqiqat çərçivəsində alimlər siçanların hipokampus bölgəsinə beyin-maşın interfeysi yerləşdiriblər. Beyinlərinə implantasiya edilmiş interfeysi olan siçanların hər biri ekranlarla əhatə olunmuş sferik qaçış yoluna yerləşdirilib. Virtual reallıq texnologiyasının köməyi ilə qaçış yolunda siçanların kosmosda hərəkət etdiyini göstərən simulyasiyalar yaradılıb. Bu arada siçanların beyinlərindəki elektrik fəaliyyətləri qeydə alınıb və hansı neyronların aktiv olduğu izlənib. Siçanlar əvvəlcə simulyasiyada təyin olunmuş yer tapmaq üçün öyrədilib və həmin yerə çatdıqda onlara mükafat verilib. Bu yeri tapmaq üçün ətrafı tədqiq edən siçanların hipokampusunun xəritə yaratdığı müəyyən edilib.

Tədqiqatçılar daha sonra siçanların zehni xəritəçəkmə bacarıqlarını müşahidə etmək üçün onları qaçış zolağına qoyublar. Bu dəfə siçanlar virtual reallıq mühitində beyin-maşın interfeysindən istifadə edərək mükafata çatıblar. İkinci tapşırıq olaraq siçanlar mükafat almaq üçün simulyasiyada bir obyekti hərəkət etdiriblər, lakin onlar hələ də sabit olduğundan obyekti hərəkət etdirmək üçün beyinlərindən istifadə ediblər. Bunun üçün hipokampus bölgəsində lazımi neyronları uğurla aktivləşdirə biliblər.

Bu tapıntılara əsasən, tədqiqatçılar siçanların öz istəklərinə uyğun yuxu görə bildikləri qənaətinə gəliblər. Lakin elm adamları bu nəticələrin təxəyyül sayəsində olması ilə razılaşmırlar. Massaçusets Texnologiya İnstitutundan neyrobioloq Metyu Vilson bildirir ki, heyvanların aktiv düşünməsini tələb etməyən beynin hipokampus bölgəsində proqnoz baş verir və beləliklə, heyvanlar növbəti addımı proqnozlaşdıra bilirlər. Başqa sözlə desək, siçanların beynində baş verənlər tətildə özümüzü təsəvvür etdiyimiz vəziyyətlə eyni olmaya bilər. Buna görə də siçanların yuxu görmə qabiliyyətinin olub olmadığını anlamaq üçün daha çox araşdırmaya ehtiyac var. 


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et