Bu gün:

Geyşa nədir? Geyşa qadınının özəllikləri


Geyşa nədir? Geyşa qadınının özəllikləri 

Geyşa mədəniyyəti makiyajı və geyim tərzi ilə görəndə dərhal tanıya biləcəyiniz bir mədəniyyətdir. 

Yapon ənənəsinin mühüm tərkib hissəsi olan geyşa təlimindən keçmiş qadınlar tarix boyu musiqi kimi müxtəlif sənət növlərini ifa edən ifaçı sənətkar olublar. Geyşalar tez-tez müştəriləri əyləndirirlər və bu gün də öz təlim mərkəzləri var. 


Bəs geyşaların üzlərini rəngləməyə başlamasına nə səbəb oldu? 

Bunun birinci səbəbi geyşaizmin yarandığı ilk dövrlərdə elektrik enerjisinin olmamasıdır. Şam işığı onların üzlərini işıqlandırmaq üçün kifayət etmədikdə, geyşa qadınlar sənətlərini daha yaxşı yerinə yetirmək üçün üzlərini vurğulamağa başladılar. 

İkinci səbəb isə ağ makiyajın geyşaların üz ifadələrini gizlətməsidir. Geyşanın əsas məqsədi müştəriləri əyləndirmək və onlara xidmət göstərmək idi. Üzlərini qalın makiyajla örtmək emosiyalarının başa düşülməsinə mane olub. 


Mənbə: Onedio

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et