Bu gün:

“Sürünən daşlar”ın sirri


Ölüm Vadisi Amerikanın qeyri-adi təbii gözəllikləri sırasındadır.Ölüm Vadisi Cənubi Kaliforniya və Arizona sərhədi boyunca 225 kilometr uzanır.Teknolojioku-ya görə,hər il təxminən 1 milyon ziyarətçinin diqqətini çəkən milli park 3000 metr hündürlüyündəki əzəmətli və qorxulu dağları ilə diqqət çəkir. Səhra ilə örtülmüş və dünyanın ən isti nöqtələrindən biri kimi tanınan vadidə sərt qış ayları orada olmaq təhlükəsini ölümcül səviyyəyə çatdırır. Elə hərəkətli daşlar var ki, onlar təkcə iqlimi ilə deyil, həm də vəhşi təbiəti ilə heyranedicidir. İllərdir sirrinə görə araşdırma mövzusu olan və yeriyən qayalar da adlandırılan bu daşların hərəkət sirri elm adamları tərəfindən açılıb.


Tədqiqatdan aydın olduğu kimi quru torpaqdan çıxan qrunt suları qayaların asanlıqla hərəkət etməsinə şərait yaradır.Təbii ki, dərəyə gələn hər qonaq bu hadisənin şahidi ola bilməz.Çünki bu vəziyyətin nə vaxt və hansı fasilələrlə baş verə biləcəyi bəlli deyil.Vəhşi təbiəti ilə də məşhur olan Ölüm Vadisində zamanla şiddətli partlayışlara səbəb olan birdən çox vulkanın izləri də vadiyə qeyri-adi görkəm verir.Bir yarım kilometr enində olan Ubehebe krateri bu vulkan püskürmələrinin ən mühüm və təsir edici qalıqlarından biridir.Ölüm Vadisi adına görə burada həyatın olmadığını düşünmək olar, ancaq vadidə müxtəlif növ quşlar, məməlilər və sürünənlərdən ibarət ekosistem mövcuddur.

Mənbə:yenisafak.com 

Tərcümə etdi:Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et