Bu gün:

“XXI əsr informasiya əsri, "İnformatika" dövrüdür”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil Eksperti Rəşad Qardaşovdur. O, məktəblərdə informatika fənninin tədrisi ilə bağlı fikirlərini bölüşüb.


-İnformatika fənninin tədrisini necə qiymətləndirirsiniz? 

 
Son 1-2 ildə informatika fənninə olan maraq artmışdır. Bu statistikanı istər müəllimlərin işə qəbulunda, istərsə də abuturiyent hazırlığında aşkar şəkildə görmək olar. Çox sevindirici haldır ki, orta məktəblərdə informatika dərsi kompüterdən istifadə kimi deyil, əyləncə aspektindən çıxaraq elmi fənn statusunu ala bilmişdir. Burada, təbii ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarına informatika fənnini də daxil edilməsinin mühüm müsbət təsiri olmuşdur. Artıq şagirdlər bu fənnə adi keçirilən fənn kimi deyil, onların gələcək karyerasında böyük rolu olan bir sahə kimi baxırlar. Şübhəsiz ki, XXI əsr informasiya əsri, "İnformatika" dövrüdür. Məsafədən xidmət, distant təhsil, İKT yeniliklərinin dövrüdür. Burada ən ağır  yük məktəb müəllimlərinin üzərinə düşür. Bütün məktəblərdə maddi-texniki baza yüksək səviyyədədir. Bu bazadan istfadə edərək şagirdlər orta məktəbi bitirərkən ən sadə də olsa proqramlaşdırma dilini ve alqoritmləri bilməlidir. Hazırkı vəziyyət müsbət dinamikaya doğru  dəyişməkdədir.

 

Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et