Bu gün:

“Harri Potter” necə yazıldı?


Biz insanlar gündəlik həyatda böyük və kiçik problemlərimizi həll etməyə çalışırıq.

Bu vəziyyət bəzən problemlərimizi həll edir, bəzən də kainatın qapılarını üzümüzə tamamilə bağlayır. Lakin J.K. Roulinq böyük uğur nümayiş etdirdi və depressiyanın amansız qucağından xilas olub bir qatar səyahətinə çıxdı. Bu qatar səyahətinin onu dünyanın ən varlı adamları siyahısına salacağını bilmirdi.

Böyüklü-kiçikli bütün dünyanın sevə-sevə oxuduğu “Harri Potter” kitablarının yaradılışı bir qatar səfərində başladı.

31 iyul 1966-cı ildə İngiltərədə anadan olan Roulinq darıxdırıcı xarakteri ilə hər sahədə uğursuz bir uşaqlıq keçirdib. Onun uşaqlığı özündən iki yaş böyük bacısı ilə kəndlərdə keçirdiyi gəzintilərlə dolu idi. 

Bacısı Di dovşanları çox sevirdi və ən böyük arzusu dovşan sahiblənmək idi. J.K.Roulinq-in yazdığı ilk hekayə bacısı Di üçün Dovşan adlanırdı.

O, həyatdakı ən böyük dəstəkçisini, yəni anasını itirdikdən sonra böyük bir boşluğa düşdü. Portuqaliyada yaşamağ davam edən Roulinq burada evləndi və bir qızı dünyaya gəldi. Şiddətə məruz qalan Roulinq boşandı və övladınıda götürüb bacısının yanına köçdü.

Həftədə 69 funt sterlinq maddi yardım alan,tək ana olan Roulinq çətin bir həyatdan çıxmış ağıllı və güclü qadın idi.

Bir gün,Mançesterdən Londona qatarla səyahət edərkən yanında qələmi olmadığı üçün beynində Harri Potter obrazını təsvir etməyə başladı.

Üstəlik, Potter adı onun üçün heç də uzaq deyildi, uşaqlıqda tanıdığı və dost olduğu bacı və qardaşın soyadı idi. Uşaqlıq illərində o, bu bacı-qardaşın soyadlarına heyran idi, çünki öz soyadı olan “Roulinq”ingiliscə yuvarlanmaq demək idi və o, amansız zarafatlara məruz qalmışdı.

Bir qatar səyahətində başladığı Harri Potter hekayəsini tamamlamaq düz beş il çəkdi. Bu müddət ərzində o, uşağını kafelərdə uşaq arabasında yatırdaraq bu unikal kitab seriyasını tamamladı. 1995-ci ildə o, nəhayət “Harri Potter və Fəlsəfə Daşının” əlyazmasını hazırladı və nəşriyyatlara göndərməyə başladı.

Nəşriyyatlardan gələn rəylər heç də müsbət olmadı, bu, bir müəllif üçün böyük kədər idi. 12 nəşriyyatdan rədd cavabı aldıqdan sonra onu çap etmək qərarı kiçik bir nəşriyyat olan “Blumsburi” nəşriyyatının sahibinin kiçik qızı hekayəni oxuyub bəyəndikdən sonra verildi.

Kitab çap olunarkən heç kim qadın müəllifi oxumaq istəmədiyi üçün nəşriyyatdan kişi müəllif seçməyi xahiş etdilər. O da “J.K. Rowling”brendini yaratdı.

Beləliklə, J.K.Roulinq “Harri Potter” seriyasını yaratdı. Dünyada tam 65 dilə tərcümə olunan, 400 milyondan çox satılan, filmləri çəkilən bu kitab milyonlarla insana çatmışdır. Bu Roulinqə 20 ildə 1 milyard dollardan çox sərvət gətirdi.

Mənbə: Kidega

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et