Bu gün:

“Okey” (OK) nə deməkdir? “Okey” (OK) necə ortaya çıxdı?


Son illərdə xüsusilə internetin yayılması müxtəlif sözlərin dilimizə daxil olmasına şərait yaratmışdır. Bu sözlərdən biri də Okeydir (OK). Hər kəsin ən azı bir dəfə istifadə etdiyi Okey (OK) nə deməkdir? 

Okey (OK)  ingilis mənşəli bir sözdür və azərbaycan dilində “Yaxşı” sözünün qarşılığıdır. İnsanları “Yaxşı” yazmaq əvəzinə sadəcə “OK” dediklərini görmək mümkündür.

“OK” sözünün yaranması 1830-cu illərə təsadüf edir. 23 mart 1839-cu ildə ABŞ-ın Boston şəhərində nəşr olunan “Boston Morning Post” qəzetində ingiliscə “all correct” sözü OK hərfləri ilə uzun bir abzasın altında ya səhvən, ya da zarafatla yazılıb.

“OK”, digər tərəfdən, bu günə qədər sağ qalmasını və hətta demək olar ki, bütün dünya dillərini fəth etməsini bir sonrakı il Amerikada keçirilən prezident seçkiləri ilə əlaqədar bir təsadüfə borcludur. 

Belə ki, prezidentliyə namizəd Martin Van Burenə doğulduğu yerə istinad edilərək "Old Kinderhook" ləqəbi verilib. Bu ləqəb əsasında onun pərəstişkarları “OK Club” adlı təşkilat yaradıblar. 

Bir rəvayət də var idi ki, Amerikanın keçmiş prezidenti düzgün oxuyub-yazmağı bilmədiyi üçün sənədləri “Ok” olaraq təsdiqləyib və bunun “hamısı doğrudur.” yəni, “all is correct” sözünün abreviaturası olduğunu düşünüb. Bu hekayə əslində yalan idi. Ancaq on il ərzində insanlar həqiqətən “OK” yazaraq sənədləri təsdiqləyirdilər və bu, teleqraflarda da istifadə olunurdu.

Sözün əsl mənşəyi zaman keçdikcə unudulub. Amma söz hər dilə o qədər tanış səslərdən ibarət idi ki, bu sözü eşitmək insanların ağlına öz dillərində oxşar ifadələr və ixtisarlar gətirir. 

Mənbə: Milliyet.com.tr 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et