Ev şəraitində ənənəvi üsullarla hazırlanan konservlər haqqında əhəmiyyətli xəbərdarlıqlar edən Dr. Raşit Dursun, “Kiflənmiş, şişmiş, rəngi və qoxusu dəyişmiş, qapağı əyilmiş, qapaqları sızan konservlər heç vaxt istifadə edilməməli, hətta dadına baxılmamalıdır”,– deyib.
Ənənəvi olaraq yazın sonunda evdə hazırlanan və daha çox payız-qış aylarında istifadə edilən konservlər qida zəhərlənməsinə səbəb ola bilər. Mövzu ilə bağlı məlumat verən Bingöl İl Sağlamlıq Müdirliyinə bağlı Cəmiyyət Sağlamlığı Mərkəzində xalq sağlamlığı mütəxəssisi olaraq çalışan Dr. Raşit Dursun əhəmiyyətli xəbərdarlıqlar edib.
Dr. Dursun: "Mövsümi meyvə-tərəvəzin müxtəlif dövrlərdə ən çox istifadə edilən üsullarından biri konservləşdirmədir. Yay və payız aylarında ölkəmizdə ənənəvi üsullarla konservləşdirmə getdikcə artır. Botulizm daha çox evdə hazırlanan konservlərin səbəb olduğu qida zəhərlənməsi növüdür. Ağız quruluğu, bulanıq görmə, ağır hallarda ürək ritminin pozulması, tənəffüs çətinliyi və təəssüf ki, ölümlə nəticələnən hallar müşahidə edilə bilər",– deyib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
