
Getdiyimiz hər yerdə bizi müşayiət edən tarixdir. Ancaq “bizim” tariximizdən danışanda ürəyimiz istər-istəməz döyünür, çünki söhbət keçmişimizdən gedir...
Bu yaxınlarda Leninqrad vilayətinin Tosno şəhərində köhnə uşaq bağçasını sökərkən işçilər 1937-ci ilə aid mesajı olan lövhə aşkar ediblər.
Naməlum şəxs onu narahat edən şeyləri yazıb. Aşağıda müəllifin sözügedən mətni verilmişdir:
“Bu ev 1937-ci ilin may ayında tikilib. Dülgərlər və inşaatçılar boş yerə işləyirdilər, 8 saatlıq işə görə 6 rubl alırdılar. sadəcə çörək üçün. 1893-cü il təvəllüdlü dülgərlər. Kolxozdan qaçan kolxozçular. Hakimiyyət Sovet idi. Əmlak yox idi. 1937-ci il avqustun 1-də yazılmışdır.”
Hazırda bu tapıntı 2003-cü ildə təhvil verildiyi Tosnodakı muzeydə saxlanılır.
Mütəxəssislərin fikrincə, bu lövhə saxta deyil, bunu lövhədəki əl yazısı, yazı tərzi və lövhənin vəziyyəti sübut edir.
Mənbə: İntetrsnyefakty
Tərcümə etdi: Ləman Əliyeva
